Dəri yaşlanmasının qarşısını alan 8 meyvə

Dəri yaşlanmasının qarşısını alan 8 meyvə
Saç və Dəri baxımı
10.09.2017 5
Dərinizin uzun müddət gənc qalması və təzəliyini qoruması üçün yediyiniz
qidalara da diqqət yetirməlisiniz. Xüsusilə meyve yeyilməsi dərinin
gənc qalması üçün olduqca əhəmiyyətlidir. Beləliklə dərinizi
gənc saxlamaq üçün bahalı kremlərə pul vermək yerinə yaşlanmanın
qarşısını alan meyvələr yeyə bilərsiniz. Həmin meyvələri sizin
diqqətinizə çatdırırıq.



Kivi

Kivi tərkibindəki E
və C vitaminləri sayəsində güclü bir antioksidantdır. Bu xüsusiyyəti ilə
dəridə qırışların yaranmasını yavaşladır. Dərini zərərli olan
ultrabənövşəyi şüalardan qoruyur.



Nar

Nar müxtəlif
vitaminlər və fosfor kimi minerallarla zəngin bir meyvədir. Dərinin
yığılmasına və elastik olmasına köməkçi olur. Dəri hüceyrələrinin
hərəkətini artırır.



Qarpız

Vitaminlərlə
zəngin, faydalı bir meyvə olan qarpız dərinin rənginin qorunmasını təmin
edir. Tərkibində A, B, C vitamini kimi təməl antioksidantlar vardır.
Bundan əlavə sink və selenium mineralları sayəsində dərinin yaşlanmasına
qarşı mübarizə aparır.



Avokado

Avokado B və E
vitaminləri sayəsində dəri üçün tam bir qida qaynağıdır. E vitamini
sayəsində sağlam dəri yaranmasına şərait yaradır, potasium minaralı ilə
isə bədəndəki suyun miqdarını tənzimləyir.



Alma

Alma dəri və
orqanizm üçün olduqca faydalı bir meyvədir. Həm bədəndəki yağı
azaltmağa, həm də bədənin suyunun qorunmasına kömək edir. Yüksək su
saxlama xüsusiyyəti ilə dərinin təzə və sağlam görünməsini təmin edir.



Banan

Tərkibində olan B6
və C vitamini sayəsində banan dərinin vaxtından əvvəl yaşlanmasının
qarşısını alır. Hər gün bir ədəd banan yeyilməsi dərinin quruluğunun
azalmasına köməkçi olur.



Böyürtkən

Böyürtkənin
tərkibində C vitamini və kollagen istehsalına kömək edən antioksidantlar
vardır. Kollagen qırışların qarşısını almaqla yanaşı dərinin rənginin
dəyişməsini də ən az səviyyəyə endirir.



Üzüm

Üzüm tərkibindəki
Manqan və C vitamini sayəsində sərbəst radikallara qarşı mübarizə
aparır. Antioksidant xüsusiyyəti ilə bir çox dəri probleminə faydalıdır.




Əgər bu meyvələri davamlı olaraq istifadə etsəniz, hər zaman canlı, gənc və sağlam bir dəriyə sahib olarsınız.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!