Kəpəyə qarşı gicitkən otunun faydası

Kəpəyə qarşı gicitkən otunun faydası
Saç və Dəri baxımı
10.09.2017 10
Gicitkənin qan azlığından böyrək daşına, revmatizmadan varikoza qədər
bir çox xəstəliyə faydalı təsiri vardır. Sağlamlığımıza verdiyi
faydalarla yanaşı dəri və saç qulluğunda da olduqca faydalıdır. Belə ki,
yeniyetməlik dövründə yaranan sızanaqları aparır, saçları
canlandıraraq tökülməsinin qarşısını alır, möhkəmlədir və kəpəyi
azaldır. Saçlarda kəpəyin olması bir çox qadını narahat edən saç
problemlərindəndir. Bu məqaləmizdə biz sizə kəpəyi azaltmaq və ya yox
etməkdə təsirli olan gicitkən maskalarını necə hazırlamaq barədə məlumat
vermişik.
- Yarım litr qaynadılmış suyun içinə 5 paket gicitkən çayını əlavə
edin. Qabın ağzını örtün və 5-10 dəqiqə dəmləyin. Bu suyu saçlarınızı
yuduqdan sonra başınıza tökün və saç diblərinizə masaj edin. Bununla
saçlarınızın tökülməsinin qarşısını ala, onları möhkəmləndirə və kəpək
yaranmasına mane ola bilərsiniz.

- 100 qram ayı pəncəsi bitkisinin kökü, 100 qram gicitkənin kökü və
60 qram şümşad ağacı yarpağını iki litr sirkənin içinə tökün. Bu
qarışığı 8 gün isti yerdə saxladıqdan sonra süzün. Əldə etdiyiniz su ilə
baş dərinizə masaj edin. Davamlı olaraq bunu etdiyinizdə saçlarınızın
möhkəmləndiyini və kəpəyin azaldığını görəcəksiniz.

Beləliklə, bahalı şampunlar və ya maskalar yerinə təbii bitkilərdən
hazırlanan maskalardan istifadə etməklə həm saçlarınızı möhkəmlədə, həm
də kəpəyin yaranmasının qarşısını ala bilərsinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!