Sağlam və parlaq dəri üçün faydalı 4 meyvə

Sağlam və parlaq dəri üçün faydalı 4 meyvə
Saç və Dəri baxımı
10.09.2017 7
Meyvələrin sağlamlığımız üçün olduqca faydalı olduğunu hamımız bilirik.
Ancaq meyvələr sağlamlığımız üçün olduğu qədər dərimiz üçün də
faydalıdır. Meyvələr dərini təmizləyir, gəncləşdirir, yaxşılaşdırır və
daha parlaq olmasını təmin edir. Biz bu yazımızda bu meyvələrin hansılar
olduğunu və onların dərimiz üçün hansı faydaları olduğu barədə
yazmışıq.

 

1-Banan: A, B və E
vitaminləri ilə olduqca zəngin olan banan parlaq bir dəriyə sahib olmaq
üçün təsirli meyvələrdəndir. Bunu bal ilə qarışdıraraq püre halına
gətirib yeyə bilərsiniz. Tərkibində çoxlu miqdarda minerallar, maqnezium
və potasium olan banan qan dövranına da kömək edir.

 

2-Limon: Limonun tərkibində yüksək miqdarda C vitamini vardır. Dəridəki ləkələri və sızanaqları azaldan limon eyni
zamanda dərini təmizləmək və ağartmaq üçün də olduqca təsirlidir. Bir
stəkan ilıq suya bir limonu sıxın, içinə bir çay qaşığı bal əlavə edib
səhərlər ac qarına için. Bu qarışıq dərinizi təmizləməklə yanaşı
selülitlərin aparılmasına da kömək edir.



3-Portağal: C vitamini ilə
zəngin olan bir digər meyvə portağaldır. Dəridəki ləkələri aparan
portağal həm də dərinin yaşlanmasını gecikdirir. Qurudulmuş portağal
qabıqlarını əzərək toz halına gətirin və hava keçirtməyən bir qabda
saxlayın. Daha açıq rəngli və parlaq bir dəri üçün həftədə bir-iki dəfə
bununla dərinizi ovun.



4-Alma: Yüksək antioksidant təsirə malik olan alma
yaşlanmanı gecikdirməkdə faydalıdır. Bağırsaqları təmizləyən alma
həmçinin dəridəki qırışların da qarşısını alır. Bununla yanaşı almadan
üzünüzün dərisini nəmləndirmək üçün də istifadə edə bilərsiniz. Alma
suyu ilə balı qarışdırıb üzünüzə çəkin. Quruduqdan sonra yuyun. Bu,
dərini nəmləndirməkdə çox faydalı olan üz maskalarındandır.

Beləliklə, meyvələri həm yeyərək, həm də onlardan müxtəlif maskalar
hazırlayaraq dərinizin sağlam və parlaq olmasına nail ola , onun
vaxtından tez yaşlanmasının və qırışların qarşısını ala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!