Sızanaqlar üçün maskalar

Sızanaqlar üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 10
Evinizdə
rahatlıqla hazırlaya biləcəyiniz, sızanaqlarınız və qara
nöqtələrinizdən xilas olmağa kömək olacaq bir­birindən faydalı maska
reseptləri…

Balın
dəriyə olan faydaları hamıya məlumdur: dərini nəmləndirməsi və
yumşaltması, dərini qırışlara, günəşin zərərli şüalarına qarşı qoruması
və dəri səthində yaranan yaraların daha sürətli yaxşılaşması və s.

Bal
dərini bəsləyir, təmizləyir və nəmləndirir. Həmçinin qara nöqtələrdən
xilas olmağa da kömək edir. 2­ 3 xörək qaşığı bal üzdəki qara nöqtələrin
üzərinə yayılır. Əgər dəri çox ləkəlidirsə, bala bir az susam yağı
qatılmalıdır. Qarışıq məhlul üzdə 15 dəqiqə və ya daha çox saxlandıqdan
sonra üz ilıq suya batırılmış bir pambıq ilə yumşaq hərəkətlərlə
təmizlənir. Təmizləndikdən sonra məsamələri sıxışdıran bir sprey
vurulur. Bal yulaf unuyla da qarışdırılıb istifadə edilə bilər.

 

Ballı darçınlı maskası

3 yemək qaşığı süzmə bal

3 yemək qaşığı darçın

Yuxarıdakıları
qarışıq halına gətirib yatmazdan təxminən 20 dəqiqə əvvəl üzünüzə
sürtün. Bal və darçın maskası dərhal quruyacaq və gecə boyunca üzdə və
dərinin digər bölgələrində sızanaqlara səbəb olan toksinləri və
bakteriyaları dəridən atacaq.



Aspirinli maskası

Aspirinin
içində dəriyə faydalı salisil turşusu var. Limon suyu isə antibakterial
bir xüsusiyyətə sahibdir və dəri tonunu tarazlayan limon turşudur. Bal
sakitləşdirici təsirə malikdir, qabartma tozu maskanı təmizləmək üçün
istifadə edilə bilər. 3­6 ədəd aspirin, 1 limon, karbonat, aspirini
əzmək üçün bir stəkan, dayaz bir çanaq, isti bal və üzü nəmləndirmək
üçün krem və ya təbii badam, zeytun yaxud kokos yağı.

İstifadə
edəcəyiniz miqdara görə 3­6 arası aspirini stəkanın köməyi ilə əzin.
Sonra aspirini çanağın içərisinə qoyun. Hər 3 aspirin üçün bir yemək
qaşığı təzə limon suyunu aspirinin olduğu qaba boşaldıb, aspirinin sıx
bir səviyyəyə gəlməsini gözləyin. Əgər quru bir dəriyə sahibsinizsə,
qarışığa bir yemək qaşığı ya da daha çox isti bal, nəmləndirici və ya
bir neçə damla təbii yağ (badam, zeytun, hindqozu) əlavə edin. Yaxşıca
qarışdırın. Əksinə yağlı bir dəriyə sahibsinizsə, bu qisimi keçib yerinə
bir neçə damla daha limon suyu əlavə edə bilərsiniz. Maskanı bütün
üzünüzə, ya da sızanaq bölgəsinə tətbiq edib qurumasını gözləyin.

Quruduqdan sonra karbonata batırılmış isti və nəm parçanın köməyi ilə üzünüzü təmizləyin.



Gil maskası

1,5 çay qaşığı gil

1 şirniyyat qaşığı badam yağı

1 şirniyyat qaşığı bal

Məhsulların hamısını qarışdıraraq dərinizə sürtün. 40 dəqiqə gözlədikdən sonra yuyun. Sonra

yenidən dərinizi bir də soyuq su ilə yuyun. Nəmləndirici sürtərək prosesi sonlandıra bilərsiniz.

Bu maskanı həftədə 1 dəfə tətbiq etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!