Kəpəyin effektli müalicəsi

Kəpəyin effektli müalicəsi
Saç və Dəri baxımı
10.09.2017 13
Kəpəklə
mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir. Bu
şampunların üzərində xüsusi qeyd olur \"kəpəyə qarşı\" (\"от
перхоти\"). 



Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin: 



- salisil turşusu (şampunun üzərinda \"salicylic acid\" yazılır) 

- kükürd (sulfur) 

- sink pirition (zinc pyrithione) 

- qatran (tar). 



Salisil
turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi
hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ
gəlməsinə səbəb olan göbələklə mübarizə aparır. 

Müalicəvi
şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola
bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan
müalicəvi şampundur. Belə şampunlar apteklərdə və supermarketlərdə
satılır. 



Hər
gün 2 həftə ərzində saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu
saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın. 



Adətən
2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün
saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə
saçlarınızı istənilən şampunla yuya bilərsiniz. 



Əgər
kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi
müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya
selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və
ya supermarketlərdə satılır. 



Belə
şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər
günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz. 



Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun. 



2-4
həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi
şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra
tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan
müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin. 



Əgər
müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri
üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu adi kəpək deyil, daha
ciddi dəri xəstəliyi ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!