Bu il hansı rəngli saçlar dəbdədir?

Bu il hansı rəngli saçlar dəbdədir?
Saç və Dəri baxımı
10.09.2017 34
Karamel rəngli saçların moda dünyasından silinməyə heç bir niyyəti yoxdur!

 

Saçlar
hər bir qadın üçün bir növ "geyim” rolunu oynayır. Onların sayəsində
obrazda əsaslı dəyişiklik etmək olar. Lakin saçları rəngləmək həmişə
problemli məsələ olub. Çünki hər il bizə özünün müxtəlif dəb
cərəyanlarını diktə edir. Ümumiyyətlə, saç rəngləri seçərkən peşəkarlara
müraciət etmək lazımdır, ən əsası, göz rəngi və dəri çalarına
əsaslanmaq tələb olunur. Lakin narahat olmağa dəyməz, çünki saç ustaları
bu il xanımları sevindirib.

 

Təbii
saç  rəngləri yenidən dəbə minib. İddialı karamel rəngli saçlar 7-8 il
əvvəl dəbə minmişdi. Bir çox stilistlər yaz-yay kolleksiyalarında təbii
saç çalarlarına yenidən üstünlük verib. Beləliklə, sağlam parıltı və
təbii çalarlar bu il ərzində dəbdə olacaq. Xüsusilə, karamel çalarların
bu ilə damğa vuracağı proqnozlaşdırılır.

Karamel tonları həm açıq, həm də tünd dərili xanımlara yaraşan universal rəngdir.

 

Karamel
saçların qüsursuz görünüşünü qoruması üçün qulluq olduqca mühüm
mərhələdir. Əks halda, saçlar cansız görünəcək. Bunun üçün mütləq boyalı
saçlar üçün nəzərdə tutulan şampun və saç kremi istifadə edin.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!