Üz dərisini gözəlləşdirən

Üz dərisini gözəlləşdirən
Saç və Dəri baxımı
10.09.2017 29
Süd
əsasında maskalar dəriyə çox yaxşı təsir edir - ağardır, cavanlaşdırır,
daha elastik və dartılmış edir, kiçik qırışları hamarlayır.

Sizə süd əsasında bir neçə maska təqdim edirik.



1.
5 xörək qaşığı ilıq süd 2 xörək qaşığı nişasta ilə qarışdırılır, xırda
doğranmış cəfəri əlavə olunur, yaxşı qarışdırılır. Maskanı üz dərisinə
çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyulur. Daha sonra üzünüzə
adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin.



2.
Yaş mayanın üzərinə ilıq süd tökün, isti yerə qoyun, 15 dəqiqə
gözləyin. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə
yuyub krem çəkin.



3.
Yumurta sarısını çalın, 2 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı
üyüdülmüş yulaf yarması ("gerkules") əlavə edin, yaxşı qarışdırın.
Maskanı üzünüzə çəkin, 15 dəqiqə saxlayın, daha sonra ilıq su ilə yuyun,
krem çəkin.



4.
3 xörək qaşığı süd, 2 xörək qaşığı un, 1/2 çay qaşığı bal, 1/2 çay
qaşığı limon şirəsi yaxşı qarışdırılır, üz dərisinə çəkilir, 15
dəqiqədən sonra yuyulur, krem çəkilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!