25 yaşadək xanımlar üçün dəriyə qulluq

25 yaşadək xanımlar üçün dəriyə qulluq
Saç və Dəri baxımı
10.09.2017 18
Həyatımızın
ayrı-ayrı dövründə dərimiz xüsusi qulluq və müxtəlif kosmetik
vasitələrin tətbiqini tələb edir. Amma istənilən yaşda onun
təmizlənməyə, nəmlən­məyə, qidalanmağa və müdafiəyə ehtiyacı var.



Kosmetoloqlar
beş yaş mərhələsi ayırd ediblər ki, bunlardan hər birində orqanizmdə
qulluğun xüsusiyyətlərini müəyyənləşdi­rən proseslər baş verir.



25 yaşadək xanımlar üçün dəriyə qulluq

Bu
yaş dövründə dərinin xüsusi qulluğa ehtiyacı yoxdur. Bu səbəbdən də
yalnız təmizləyici, təravətləndirici və nəmləndirici prosedurlarla
kifayətlənmək olar. 25 yaşında dəri hücey­rəsi sürətlə bərpa oluna
bildiyindən sağlam və elastik görünə bilir.



Əgər
sızanaq səpkisi kimi çətinlik ortaya çıxıbsa, endokrinoloqa getmək
məsləhətdir, hərçənd ev vasitələri də köməkçi ro­lunda çıxış edə bilər.
Ən əsası, dərini təmiz saxlamaqdır. Prob­lemli dəri sahiblərinə üzlərini
gündə 2 dəfə losyonla təmizləmək məsləhət görülür, həmçinin kosmetik
salonda da prosedur kur­su keçmək olar.



Düzgün
həyat tərzi keçirmək də mühüm amillərdən biridir. Zərərli adətlərdən əl
çəkmək, düzgün qidalanmaq, qida rasionuna mineral və vitaminlərlə
zəngin ərzaqlar daxil etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!