Sızanaqlar üçün evdə baxım maskaları

Sızanaqlar üçün evdə baxım maskaları
Saç və Dəri baxımı
10.09.2017 32
Yulaflı Sızanaq Maskası

- 1 yemək qaşığı yulaf

- 1 yemək qaşığı qatıq

- 2 damla limon



Hazırlanması

Bu
vəsaitləri yaxşıca qarışdırın və dərinizə sürtün. 15 dəqiqə gözləyib
yuya bilərsiniz. Həftədə bir dəfə olaraq tədbiq etməlisiniz.



Kivi və Gilli Sızanaq Maskası

- 1 ədəd kivi

- Aldığı qədər gil



Hazırlanması

Kiviyi
əzərək suyunu çıxarın. Suyuyla gili qarışdırın və dərinizə sürtün. Bu
maska sızanaqları çox sürətli qurutduğu üçün dəridə 5 dəqiqə
tutulmalıdır. Həftədə 1 bir dəfə tətbiq edə bilərsiniz.



Ballı Sızanaq Maskası

- 1 yemək qaşığı bal

- 1 yemək qaşığı limon suyu



Hazırlanması

Vəsaitləri
qarışdırın və maskanı yalnız sızanaqlı bölgələrinizə sürtün. 10 dəqiqə
gözlədikdən sonra ilıq su ilə yuyun. Ardından su əsaslı nəmləndiricinizi
çəkməyə laqeyd yanaşmayın. Bu maskanı isə həftədə iki dəfə tətbiq edə
bilərsiniz.



Portakallı Sızanaq Maskası

- 1 dənə portağal

1- 1 çay qaşığı qabartma tozu



Hazırlanması

Portağalın
qabıqlarını rəndələyib krem halına gəlincəyə qədər qarışdırın. Qabartma
tozunu əlavə etdikdən sonra yalnız sızanaqların üzərinə sürtün. Ən az
30 dəqiqə gözlədin.



Alma Sirkəli Sızanaq Maskası

- 1 çay qaşığı alma sirkəsi

- 1 çay qaşığı limon suyu

- 1 çay qaşığı gül suyu



Hazırlanması

Vəsaitləri
qarışdırıb sızanaqların üzərinə sürtün. Yarım saat sonra ilıq suyla
yuyun. Qısa müddət sonra Sızanaqlarınız quruyacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!