Qırışları aradan qaldıran möcüzəvi vasitə

Qırışları aradan qaldıran möcüzəvi vasitə
Saç və Dəri baxımı
10.09.2017 24
Qadınların
əksəriyyəti dəri qocalmasının ilk əlamətlərini gizlətmək istəyir və öz
növbəsində cavanlaşdıran üsullardan faydalanır. Bəzi qadınlar bahalı
preparatlar, ağrılı proseduralar sayəsində istəklərinə nail olur. Amma
bu, yeganə çıxış yolu deyil. Bahalı proseduralardan istifadə etməyə
başlamazdan əvvəl  məsələni müstəqil şəkildə həll etməyə çalışın.

 

Təxminən
yarım əsr bundan qabaq nənələrimizin nə botoksdan, nə  gialuron
turşusundan xəbəri yox idi. Onlar gözəlliyinin qayğısına illərin
sınağından çıxmış təbii komponentlərdən ibarət xalq reseptləri ilə
qalırdılar. Məsələn, təsirli və faydalı vasitə olan nişasta qırışların
aradan qaldırılmasında böyük rol oynayır. Nişastadan hazırlanmış
istənilən maska dərini faydalı vitamin və zəngin minerallarla təmin
edir. O, dərini kiçik qırışlardan xilas edən, vaxtından əvvəl qocalmanın
qarşısını alan, onu ətraf mütinin xarici təsirlərindən qorumağa qadir
olan unikal vasitədir. Regenerasiya təsirlərinə görə, maska bir çox
kremlərin tərkibində  də istifadə olunur.

 

Əgər
siz dərinin dartılmasını istəyirsinizsə, onda bu maskadan istifadə
edin. Bunun üçün 1 xörək qaşığı nişasta, yumurtanın ağı və kefir lazım
olacaq. Bütün ərzaqları qarışdıraraq, 10-15 dəqiqə dəridə saxlayıb ilıq
su ilə yuyun. Bu maskadan sonra dəriniz nəzərəçarpacaq dərəcədə elastik
olacaq.

 

Dərini
ağartmaq üçün 1 xörək qaşığı nişasta, 1 stəkan su, 1 xörək qaşığı xama
və 2 xörək qaşığı kök şirəsi lazım olacaq. Bütün inqrediyentləri
qarışdırdıqdan sonra üzdə 10 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın.

Dəriniz
təbii parıltısını itiribsə, onun skraba ehtiyacı var. Odur ki,  dərhal
bu maskanı hazırlamağa başlayın. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı
nişastanı 1 çay qaşığı duzla qarışdırıb içinə 1 xörək qaşığı bal əlavə
edin. Maskanı üzə astaca masaj edərək çəkin. 3-4 dəqiqə masaj etdikdən
sonra ilıq su ilə yuyun. Beləcə, xırda qırışlarla da vidalaşacaqsınız.

 

Əgər
həssas dəri tipinə sahibsinizsə,  o zaman ona incə yanaşmaq lazımdır.
Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişasta, 1xörək qaşığı südü, 1
çay qaşığı şaftalı yağını qarışdırın. Nəzərə alın ki, onu üzdə 15 dəqiqə
çox saxlamaq olmaz.

 

Piqment
ləkələrinin,  görünən çillərin öhdəsindən gəlmək üçün 1 xörək qaşığı
kartof nişastasına bir damcı limon şirəsi əlavə edib gözlərin və
dodaqların ətrafını çıxmaq şərtilə üzünüzə çəkin. Maskanın effekti artıq
ilk tətbiqindən sonra nəzərə çarpır. Limon şirəsini Hidrogen peroksidlə
də əvəz etmək olar.

 

Nişastadan
maska ilə yanaşı, əl-üz yuyucu vasitəsi kimi də istifadə etmək olar.
Bunun üçün 1 litr təmiz su ilə 1 çay qaşığı nişastanı qarışdırın. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!