Çobanyastığı ilə üz dərisinə qulluq

Çobanyastığı ilə üz dərisinə qulluq
Saç və Dəri baxımı
10.09.2017 13
Solğun dəri üçün qidalandırıcı maska.

Çobanyastığının
tərkibində üz dərisini qidalandıran, maddələr mübadiləsini
balanslaşdıran və cavanlaşdıran azulen maddəsi var. Dərini elastik
etməkdən ötrü çobanyastığıdan hazırlanmış maskalardan həftədə 1-2 dəfə
etmək faydalıdır.



Çobanyastığı
çiçəyindən 2 x.q. götür, 1 stəkan qaynar su əlavə et və 20 dəqiqə
saxla. Çobanyastığından hazırlanmış 4 x.q. tinkturanın üzərinə 1 x.q.
bal, 1 ç.q. zeytun yağı və 1 yumurta sarısı əlavə edib losyonla
təmizlənmiş üzə  çək, 20 dəqiqə gözlə və ilıq su ilə yu.



Üz üçün kosmetik buz.

Hər
gün üz dərisinə çəkilmiş çobanyastığı dəmləməsindən hazırlanmış buz
dəriyə təravət və canlılıq bəxş edəcək. Eyni zamanda bu proses dərinin
immunitetini gücləndirərək digər dəri problemlərinin əmələ gəlməsinin
qarşısını alacaq.



Çobanyastığı
dəmləməsini buz üçün olan qablara töküb buzxanaya qoyun. Hər səhər incə
şəkildə üzünüzə  buz parçaları ilə massaj edirmiş kimi çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!