Yumurta ağı ilə dərinizi qoruyun

Yumurta ağı ilə dərinizi qoruyun
Saç və Dəri baxımı
10.09.2017 7
Yumurta ağı ilə dərinizi qoruyun.

Qara
nöqtələr, sızanaqlar, qırış qorxusu səni narahat edirsə buna son qoy.
 Yumurta ağı ilə maska işə yarayacaq.Tərkibində 50-dən çox zülalı
birləşdirən və çox xeyirli bir qida olan yumurta daxildən
orqanizmə yararlı olduğu kimi, xaricdən də ona xeyir verir. İçindəki
zülallar, kolajen və A vitamini dəri tərəfindən tam şəkildə
mənimsənildiyi üçün yumurta ağı maskası dəri üçün çox faydalıdır. 



Tərkibi

Yumurta – 1ədəd

Limon suyu – 1 neçə damcı 



Hazırlanması

Yumurtanın
ağı sarısından ayrılır. İçərisinə 1 neçə damcı limon suyu əlavə edilir
və köpüklənib ağarana qədər çalınır. Sonra təmiz üzə çəkilir. Gözlərə
isə qurumasın deyə xiyar qoya bilərsən və ya göz ətrafına yaxın yerlərə
maskanı uyğulamaya bilərsən. 15-20 dəqiqə quruduqdan sonra ikinci qatı
yenidən eyni qayda ilə üzünə çək. Və 15-20 dəqiqə quruyana qədər gözlə.
Sonra ilıq su ilə yu. İstəsən nəmləndirici krem çəkə bilərsən maskadan
sonra. 

Faydaları



1. Qırışları yumuşaldır

2. Məsamələri azaldır

3. Xüsusilə yağlı dərilərdə daha yaxşı təsirli olur

4. Tərkibindəki kolajen sayəsində dərinin elastikliyini artırır

5. Dərini dartar

6. Dəriyə parlaqlıq verir

7. Sızanaqların yaranmasının qarşısını alır

8. Yaşlanmaya qarşı mübarizə aparır

9. Qara nöqtələri təmizləyir

10. Üzdəki ləkərə qarşı da xeyirlidir



Diqqət etməli olduğun nöqtələr

- Yumurtaya qarşı allergiyan varsa bu maska sənlik deyil



-
 Allergiyanın olub-olmadığını yoxlamaq üçün əlinin dərisinin bir
hissəsinə maskadan çəkib bir az gözləyib reaksiyaya baxa bilərsən



- Normal
və ya quru dəriyə sahibsənsə yumurtanın ağı dərini daha da qurudacaq.
Ona görə yumurtanın sarısı ilə ikinci bir maska – nəmləndirici maska edə
bilərsən



-
Hamilələr bu maskadan istifadə edərkən diqqətli olmalıdırlar ki, çiy
yumurta ağızlarına girməsin. Bu  toksoplazmaya qarşı ziyanlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!