Evdəki ərzaqlarla hazırlaya biləcəyiniz ev istehsalı üz maskaları

Evdəki ərzaqlarla hazırlaya biləcəyiniz ev istehsalı üz maskaları
Saç və Dəri baxımı
10.09.2017 44
Evdəki Ərzaqlarla  Hazırlaya  Biləcəyiniz   Ev İstehsalı Üz Maskaları.

Baxımlı
olmaq əslində heç də çətin deyil. Evdəki bir çox yemək, xüsusilə
meyvələr baxım müalicələri üçün ən ideal materiallarıdı. Gözəllik
mərkəzlərində yüksək qiymətlərlə satın alacağınız xidmətlərin ən azından
böyük bir qismini evdə asanca reallaşdıra bilərsiniz.

 

Bu gün sizlərə hər bir xanımın  evində asanlıla tapılan, bir çox ərzaqdan hazırlanan maskaları təqdim edirəm.

 

Banan Maskası.

Qəribə gəlsə də əslində tək vəsaitdən belə maska etmək mümkündür. Bunu bananla  asanca edə bilərsiniz.

 

Dəri tipi: Quru

Təsiri: Dərini gücləndirmək və nəmləndirmək.

 

Bir
ədəd bananı püre halına gətirin və 10-20 dəqiqə arasında üzünüzdə
saxlayın. Ardından soyuğa yaxın ilıq suyla yuyub üzünüzü  dəsmalla
silin.

 

1
bananı, 2 yemək qaşığı bal və iki yemək qaşığı qatıqla püre halına
gətirin. Üzünüzə sürtün. 10 dəqiqə sonra soyuğa yaxın ilıq suyla yuyun.

 

Alma Sirkəsi Maskası.

Sirkəni sevənlər və sevməyənlər olaraq ikiyə ayrıldığımız bu dünyada üz maskası üçün ona bir şans verin.

 

Dəri növü: Yağlı, parlaq

Bir
stəkan suyun içinə 1 yemək qaşığı alma sirkəsi əlavə edin.
Qarışdırdıqdan sonra üzünüzə sürtün. Bu əməliyyatı üzünüzü yuduqdan
sonra reallaşdırın.

 

Süd Tozu Maskası.

Dəri növü: Bütün dəri tipləri üçün

Təsiri: Dərini canlandırmaq və ferahlatmak.

 

Bir
stəkanın dörddə biri nə  süd tozu qoyun. Üzərinə incə bir xəmir
konsistensiyası əldə edənə qədər də  su. Ardından üzünüzə sürtün və
quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq suyla üzünüzü yuyun.

 

Qatıq Maskası.

Dəri növü: Yağlı, qarışıq

Təsiri: Dərini yumşaltmaq və təmizləmək.

 

1
yemək qaşığı süzmə qatığın içinə təzə sıxdığınız portağal suyunu əlavə
edib qarışdırın  və üzünüzə sürtüb  5 dəqiqə ərzində üzünüzdə gözlədin.
Ardından yuyun.

 

Avokado, Yumurta, Limon Maskası.

Dəri tipi: Quru, qarışıq

Təsiri: Dərini qidalandırmaq və nəmləndirmək.



1
avokadanın  içini püre halına gətirin, içinə 1 yumurta ağı və 1 yemək
qaşığı limon əlavə edin. İncə bir təbəqə şəklində üzünüzə sürtün. 30
dəqiqə  sonra soyuq suyla yuyun.

 

Bal, banan, zəncəfil maskası

Dəri tipi: Quru, qarışıq

Təsiri: nəmləndirir.

 

Yarım
banan, 2 yemək qaşığı bal və yarım yemək qaşığı zəncəfil qarışdırıb
püre halına gətirin və üzünüzə sürtün. 30 dəqiqə ərzində saxlayın. Sonra
soyuq su ilə yuyun.

 

Nar və Bal Maskası.

Dəri növü: Yağlı, qarışıq

Təsiri: Ölü dərilərdən təmizləmək və canlandırmaq.

 

2
yemək qaşığı nar, 1 su stəkanı çiy yulaf və 2 yemək qaşığı balı yaxşıca
qarışdırın. Üzünüzə   skrab şəklində masaj edərək sürtün. 3 dəqiqə
ərzində bu əməliyyatı yerinə yetirir və üzünüzü yuyun.

 

Çiyələk və Qatıq Maskası.

Dəri növü: Bütün dəri tipləri üçün

Təsiri: Dərini rahatlaşdırmaq, hüceyrələri yeniləmək və bəsləmək.

 

2
yemək qaşığı süzmə qatıq içinə blenderdan keçirdiyiniz 10 dənə çiyələyi
qarışdırın. Ardından üzünüzə incə bir təbəqə şəklində sürtün. Təxminən
15 dəqiqə sonra soyuq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!