Saça qulluq üçün hindqozu südünün istifadəsi: faydası və reseptlər

Saça qulluq üçün hindqozu südünün istifadəsi: faydası və reseptlər
Saç və Dəri baxımı
10.09.2017 5
Hindqozu
istənilən mətbəx üçün əla tapıntıdır. Siz hindqozunu marketlərdə süd,
su, un, yağ və meyvə şəklində tapa bilərsiniz. Eyni zamanda kosmetik
mağazalarda da hindqozuna yağ və süd formasında rast gəlmək olur.Keçən yazılarımızda hindqozu
yağının saçlara, dəriyə faydasından yazıb və xeyrini görə biləcəyiniz
reseptlər təqdim etmişdik. Bu dəfə isə sizə hindqozu
südündən, istifadəsindən və onun saçlara faydasından yazırıq, reseptlər
də təqdim edirik.

Hindqozu
südü meyvəni qızardıb daha sonra qaynar suya salınması ilə alınır.
Südün tərkibindəki vitamin və minerallar saçlarınız üçün super qidadır. O
təkbaşına saçınızın uzanması, nəmlənməsi və kondisionerə olan
ehtiyacları üçün idealdır. Hindqozu südünü siz soyuducuya qoymamış
4-5 gün, buzxanaya qoyaraq isə 2 ay istifadə edə bilərsiniz. Keçək əsas
məsələyə. Deyək ki, hindqozu südünü aldınız, bəs onu necə istifadə
etməlisiniz?

 

Hər
şey sizin saçınızın növündən və saçlarınızla nə etmək istədiyinizdən
aslıdır. Siz saçlarınızın dibinə qulluq kimi hindqozu südündən şampun
kimi, saçlarınızın uzanması, tökülməsinin və diblərin qurumasının
qarşısını almaq, nəmləndirmək, parıldatmaq üçün isə kondisioner
kimi istifadə edə bilərsiniz. Sadəcə edəcəyiniz iş istifadə etdiyiniz
vasitələrə hindqozu südünü əlavə etməyinizdir. Əgər bunları etmək
istəmirsinizsə, sırf hindqozu südünü təbii reseptlərlə istifadə etmək
istəyirsinizsə bunun üçün də sizə ipucları veririk. 



Hindqozu südü şampun kimi

Hindqozu
südünü şampun kimi istifadə etmək üçün sizə 1.5 stəkan hindqozu südü
lazımdır. Daha sonra onu ¾ fincan zeytun yağlı sabunla qarışdırın və 1
x.q. E vitamini yağı əlavə edin. Alınan təbii şampunu digər
şampunlarınızdan fərqli olaraq soyuducuda saxlayaraq bir ay istifadə edə
bilərsiniz.

 

Hindqozu südü kondisioner kimi

Saçlarınızı yaxalamaq üçün kondisioner

Bu
qarışım üçün sizə 2 x.q. hindqozu südü lazımdır. Sonra hər hansı bir
kondisioner 2 x.q  və 2 x.q. da istənilən faydalı yağ götürün. Südlə
bunları qarışdırın. Və saçlarınızı şampunlayıb bitirdikdən sonra bu
qarışımdan istifadə edə bilərsiniz.

 

Sprey kondisioner

Bunun
üçün ¼ fincan distillə edilmiş su ilə dolu sprey üçün istifadə edilən
qabın içinə 1 x.q. hindqqozu südü, 1 x.q. hindqozu və ya E vitamini
yağı, 10 damcı da hər hansı bir efir yağı əlavə edin. Daha sonra
saçlarınızın sürətli yenilənməsi üçün hər gün istifadə edə bilərsiniz. 



Quru saç dəriləri üçün hindqozu südü

Bunun
üçün ½ fincan hindqozu südünü qızıdırın və 30 dəqiqə isti-isti saç
diblərinizi masaj edin. Daha sonra saçlarınızı yaxalaya bilərsiniz.



Dolaşıq saçları açmaq üçün hindqozu südü

Dolaşmış
saçlarınızı açmaq və rahat daramaq üçün bir az hindqozu südünü saçınıza
əlavə edin və barmaqlarınızla onu tam şəkildə saçınıza tətbiq edin.
Daha sonra iri dişli fırça daraq ilə saçınızı darayın. Yaxşı nəticə
əladə etmək üçün südə bir az şi yağı və ya başqa faydalı yağ əlavə
edə bilərsiniz.



Saçlarınızın uzanması üçün hindqozu südü

Saçlarınızın
tez uzanması üçün əvvəlcə yuxarıda qeyd etdiyimiz kimi, saçlarınızın
dolaşığını açın, yaxşıca darayın. Yaxşı nəticə əldə etmək üçün pambığı
hindqozu südünə batırıb saçlarınızın dibinə tətbiq edin. Daha sonra südü
qızıdırın və saçlarınızı masaj edin. Beləliklə, hindqozu südü 4-5 saat
içində saçlarınızın dibinə tam şəkildə təmas edəcək. Bütün
bunlardan sonra saçlarınızı bizim təqdim etdiyimiz reseptlə
düzəltdiyiniz şampunla və ya hər hansı bir sevimli şampununuzla yuya,
kondisionerlə yaxalaya bilərsiniz. Bunu mütəmadi təkrar etsəniz uzun və
parlaq saçlara sahib olacaqsınız. Hindqozu südü hindqozu yağı qədər
məşhur olmasa da, amma ən az onun qədər faydalıdır və yoxlamağa dəyər
məhsuldur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!