Qadınları gəncləşdirən yeni məhsul

Qadınları gəncləşdirən yeni məhsul
Saç və Dəri baxımı
10.09.2017 15
Aparılan
elmi araşdırmalarda məlum olub ki, qızıl balıq südündən əldə edilən DNT
dəridə azalan zülalları tamamlayan ən yaxşı vasitədir.

həm
insan DNT-sinə oxşarlığı baxımından, həm də dəri üzərindəki təsirinə
görə, müasir kosmetologiyada qızıl balıqdan geniş istifadə ediləcəyi
gözlənilir.

 

Dərinin qocalma prosesini xeyli ləngidir

Yaş
artdıqca dəridə bəlli dəyişikliklər müşahidə edilir. Qızıl balıq DNT-si
dəriyə itirdiyi hamarlığı bəxş edir və onu parlaq görünüşə qovuşdurur,
bununla bərabər, dərinin daha gənc qalmasını təmin edir. Beləliklə,
qızıl balıq DNT-sinin tərkibindəki Omeqa 3 yağ turşuları ilə hər zaman
gənc və keyfiyyətli dəriyə sahib olmaq artıq əfsanə deyil. Türkiyəli
estetik cərrah Jasmin Hizarcının sözlərinə görə, bu üsul dərinin bir növ
qoruyucu funksiyasını yerinə yetirdiyi üçün onu dəri qırışmazdan əvvəl
etdirmək lazımdır.

 

Dərini təravətləndirib, qırışları azaldır

Hər
seansdan sonra dəri quruluşu və elastikliyi getdikcə güclənir.
Ultrabənövşəyi şüaların mənfi təsirinin qarşısını alıb, dərinin azalan
nəm nisbətini tənzimləyir. Qızıl balıq DNT sistemi dərininin qocalma
prosesini xeyli ləngidir. Yəni qırış və ya sallanmaların qarşısını alır.

 

Hansı nahiyələr üçün daha təsirlidir?

Estetik
cərrahı Jasmin Hizarcının sözlərinə görə, qızıl balıq DNT-si göz
ətrafı, üz, boyun, əl, dodaq ətrafındakı qırışları aradan qaldırmaq
effektinə malikdir. Qızıl balıq DNT-si hamiləlikdən sonra yaranan çat,
sızanaq izləri, qol və dizdəki sallanmaları da müalicə edir. Dərini gənc
saxlayan bu üsul gözaltı torbaları da tədricən azaldır.



Bütün dəri tiplərinə tətbiq olunur

İlk
seansdan etibarən dəridəki dəyişiklik dərhal müşahidə olunur. Bu üsul
12 ay ərzində fəaliyyətini qoruyur. Seansın sayı dərinin ehtiyacına görə
müəyyən olunur. Estetik cərrah qızıl balıq DNT-sini cinsindən asılı
olmayaraq, bütün dəri tiplərinə tətbiq olunduğunu açıqlayıb:

"Hətta alabalığa allergiyası olanlar da, rahatlıqla bu üsuldan istifadə edə bilər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!