Ev maskalarınızda bu 7 məhsuldan istifadə etməməlisiniz

Ev maskalarınızda bu 7 məhsuldan istifadə etməməlisiniz
Saç və Dəri baxımı
10.09.2017 27
Salonlarda
olan gözəllik prosedurları, kosmetik mağazalarda satılan hazır maskalar
hər cibə uyğun deyil. Ona görə də, çoxumuz evdə mətbəximizdə olan
məhsullardan maskalar düzəldirik. Amma bu zaman özümüz də bilmədən
dərimizə zərər veririk. Dərinizə daha faydalı olmaq üçün sizə ev üsulu
maskalarınızdan istifadə etməməli olduğunuz 7 məhsul haqqında bu yazıda
bəhs edirik.



Qida sodası

Əsasən,
evdə hazırlanan skrabların tərkibinə əlavə edilən soda dəri üçün çox
zərərlidir. Buna görə də qətiyyən qida sodasından dərinizin gözəlliyi
üçün istifadə etməyin. Soda demək olar ki, təmiz qələvidir, pH balansı
9-dur ki, bizim dərimizin pH balansı isə 4.5-5-dir. O dərinin qoruyucu
qatını məhv edir, bakteriyalar üçün açıq sahə yaradır, dərinin nəm
balansını pozaraq onu zədələyir.



Limon

İşin
mənfi tərəfi həddindən artıq asidik maddələrin istifadəsidir. Limonun
pH balansı 2-dir, bu isə onun dəriyə sadəcə "oksidləşmə” adlanan təsiri
var. Diş minasına da zərər verə bilirsə, dəriyə daha böyük mənfi
təsirləri olduğunu deyə bilərik. Bundan əlavə, kosmetik tərkib hissəsi
kimi limondan istifadə dərinin işığa olan həssaslığını artırır və
hiperpiqmentasiyanı almaq üçün risklidir. 



Diş məcunu

Diş
məcununu gecə sızanaqların üzərinə çəkib yatmaq çox məşhurdur.  Amma
diş məcunu nəinki çəkildiyi sahədə dərinin lipid qatını zədələyir,
hətta ətrafına da zərər vurur. Eyni zamanda, məcun ağardıcı maddə olduğu
üçün o dəridə yanıqlar da yarada bilər. Sızanaqlara ən yaxşı təsir edən
vasitə isə çaytikanı yağıdır. 



Vazelin

Vazelinin
qədərində istifadəsi dərini nəmləndirir, yaxşılaşdırır və
hamarlaşdırır. Amma ondan həddən artıq istifadə dəriyə zərər verir.
Çünki o dərinin tam dərin qatına nüfüz edərək ordada toplanıb qalır. 



Hidrogen peroksid

Hidrogen
peroksid kiçik yaralar, kəsiklər və sıyrıqlar üçün əvəzolunmaz
vasitədir. Amma sızanaqlar haqqında bunu deyə bilməyəcəyik. O dəridə
güclü oksidləşdirici stres yaradaraq dəridə sərbəst radikalların sürətlə
hərəkət etməsinə səbəb olur və dərinin daha tez qocalmasına gətirib
çıxardır.



Şəkər

Gözəl
bir skrab üçün şəkər əvəzedilməzdir. Amma onu dənə-dənə istifadə etmək
çox zərərlidir. Şəkərdən bədən üçün skrab kimi istifadə etsəniz onu
zeytun yağı ilə etsəniz daha təsirli olar. Üz üçün skrab və ya ayrıca
kokteyl hazırlasanız isə çalışın bu skrab yox, şəkər kirşanı olsun. 



Spirt

Dərinin
qoruyucu qatını tamamilə məhv edir, hüceyrələri öldürür, qabıq yaradır
və dəridə sıx ölü təbəqə əmələ gətirir. Nəticədə isə məsamələr tıxanır
və dəri nəfəs almır. Bu da, üzdə ciddi problemlər yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!