Sağlam dərinizin dərmanı 8 qida

Sağlam dərinizin dərmanı 8 qida
Saç və Dəri baxımı
10.09.2017 10
Soyuq
havalarda dərimiz sağlamlığını itirir, quruyur, qabıqlayır və solğun
görünür. Qışdan sonra dərimizi yaz aylarında öz sağlamlığına qovuşdurmaq
və canlandırmaq üçün enerji sərf edirik. Düzgün müalicə üsulu
seçmədikdə bəzən xərclədiyimiz enerji heç olub gedir. Bu enerjinin
əbəs yerə getməməsi üçün sizə çıxış yolu təqdim edirik. Belə ki,
dərinizi xaricdən bahalı kremlər və losyonlarla qidalanmağa vaxt
itirməkdənsə onu daxildən qidalandırın. Unutmayın ki, orqanizminizə nəyi
verirsinizsə onun nəticəsi də xaricdə özünü göstərəcək. Sizə təqdim
edəcəyimiz 8 qida var ki, qidalanarkən yaxşı nəticəsiniz məhz dərinizdə
görəcəksiniz.



Dərinizə parlaqlıq və gənclik qatın

Əgər
lazımlı miqdarda A vitamini qəbul etmirsinizsə dərinizin "acı” çəkməsi
çox təbiidir. A vitamini dərinizi qurumağa və qabıqlanmağa qarşı
gücləndirdiyi kimi, yaşlanmasının da qarşısını alır. Xüsusilə də,
ispanaq və qırmızı kələm kimi qidalara üstünlük versəniz yaxşı nəticə
əldə edə bilərsiniz. 



Bərpa edin və gəncləşdirin

Bunun
dərinin sinkə ehtiyacı var. Xərçəng və yağsız ətlər sink baxımından
zəngindir. Eyni zamanda da sink dərinizin yağ balansına da nəzarət edir.



Qırışlarmı?

Hamımız
portağal və qreypfrut kimi narıncı qidaların C vitamini deposu olduğunu
yaxşı bilirik. Bunlar immuniteti gücləndirərək soyuqdan qorunmağımıza
kömək edən qidalardır. Eyni zamanda da narıncı qidalar qırışlara qarşı
mübaricədə də ən mükəmməl köməkçilərimizdir.



Qoruyun və yaxşılaşdırın

Yaşıl
çay dərinizi yaxşılaşdırmaq üçün ən yaxşı çıxış yollarından biridir.
Melanomalara qarşı dərini qoruyur və sızanaqları da dəridən yox etmək
üçün mükəmməl seçimdir.

 

Hamarlaşdırın

Tərkibində
sulfid olan maskalar dəriyı çox yaxşı təsir edir. Yumurta və sarımsaq
kimi sulfid tərkibli qidalar isə dəriyə daxildən dəstək olur. Sulfid
bərpaedici və elastikliklik bəxş edən xüsusiyyətilə dərinizin hamar
olmasına kömək edir.



Günəşdən qoruyun

Qırmızı
sousları mütləq rasionunuza əlavə edin. Amma diqqət edin ki, o souslar
təbii olsun. Pomidor yemək dərini günəşin ultrabənövşəyi şüalarından
qorumaqda çox təsirlidir.

 

Müdafiə qalxanı yaradın

Qarağat
yemək üçün bəhanəyə ehtiyacınız varsa bundan yaxşı bəhanəniz ola
bilməz! Çünki həddən artıq antioksidan mənbəyi olan meşə meyvələri dəri
hüceyrələrini qorumaqla onun tez yaşlanmasının da qarşısını alır.
Qarağat, moruq, böyürtkən və çiyələk kimi qidaları rasionunuza əlavə
edərək, onları salatlarda, yulaflı yeməyinizdə istifadə edə bilərsiniz.



Yumşaldın və elastikləşdirin

Somon,
ton balığı kimi balıqlar omega-3 ilə zəngindir. Bu qidalardan qəbul
etdiyiniz faydalı yağlar sayəsində dəriniz nəm balansınız bərpa edərək
öz elastikliyini geri gətirəcək və yumşalacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!