Bitki yağları ilə saçlara qulluq

Bitki yağları ilə saçlara qulluq
Saç və Dəri baxımı
10.09.2017 5
Qırılan
və zədələnən saçlarınızın əvvəlki sağlamlığına geri qaytarmaq üçün evdə
asanlıqla istifadə edə biləcəyiniz bitki yağlarını sizin üçün
araşdırdıq. Saç tipiniz nə olursa olsun bu bitki yağları saçınızın daha
da canlı, sağlam və gözəl görünməsinə çox kömək edəcək. 

Şam qozasının esansı: Əgər
gücsüz ya da zədələnmiş saçlara sahibsinizsə bu yağ
saçınızı qidalandıracaq, tökülməsinin qarşısını alacaq. Eyni zamanda
saçlarda kəpəyin də yox olmasına şərait yaradacaq. Saç diblərində
mikrooqranizmlərin yaranmasının qarşısını alır. Bu yağdan istifadə etmək
üçün onu şampununuzun içinə 2 qapaq əlavə edin və qarışdırın. Hər dəfə
saçlarınızı yuyanda şampunla birlikdə saçlarınıza təmas edəcək və
onları bərpa edəcək.



İlan yağı: Adı
sizi qorxuda bilər amma qorxmayın. Bu yağı mütləq istifadə
etməlisiniz. Tərkibindəki Omeqa 3  saçınıza çox fayda verəcək. Həmçinin
tərkibində olan kreatin də saçlarla təmasa keçib onların kökdən uca
qədər güclənməsinə və tez uzanmasına səbəb olacaq. Belə ki, eyni
miqdarda ilan yağını zeytun yağı ilə qarışdırıb pambıqla saç diblərinə
tətbiq edin və bir saat gözləyin. Bunu həftədə bir və ya iki dəfə
etsəniz saçlarınızdakı dəyişimi hiss edəcəksiniz.



Jojoba yağı: Quru
saçları tamamilə nəmləndirmək üçün istifadə edilir. Bu yağ saçları
yumşaldır və şampundan əvvəl istifadə edilir. Saç uclarında olan
haçalanmaları, qırılmaları yox etmək üçün mükəmməl yağdır. Onu quru
saçınıza tətbiq edib və 1 saat gözləyin. Yox əgər o qədər gözləməyə
enerjiniz, vaxtınız yoxdursa yağı şampununuzun içinə 2 ç.q. əlavə edin.



Kokos yağı: Saçlarınızın
tez yağlanmasının qarşısını alan yaxşı vasitədir. Eyni
zamanda saçlarınızı qalınlaşdırar, onların uzanmasına kömək edər. Çünki
tərkibində kalium, maqnezium, kalsium və dəmir kimi qidalandırıcı ən
yaxşı minerallar var. Əgər zədələnmiş saçlara sahibsinizsə bu yağ tam
sizlikdir.



Arqan yağı: Saçlar
üçün faydalı olan bitki yağlarından bəhs ediriksə arqan yağını
unutmamalıyıq. Demək olar ki, son zamanlar adını tez-tez eşidirik. Bu
yağ saç dərisini və saçları nəmləndirir. Quru saçlarla bağlı yaranan
problemləri həll edir. Saçı yeniləyir, canlandırır və
nəticədə saçlarınız daha gur, canlı görünür. Arqan yağını saçlarınızı
fenləməmişdən əvvəl onların diblərindən uclarına qədər az miqdarda
çəkin, sonra fenləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!