Müxtəlif növ dərilər üçün maskalar

Müxtəlif növ dərilər üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 14
Ləkələri aparan,eyni zamanda üzə parlaqlıq verən darçın maskası

1 çay qaşığı darçın

2 çay qaşığı bal

1 çay qaşığı limon suyu

Bunların hamısını qarışdırıb üzə çəkirik və 20 dəqiqə gözləyirik,sonra
yuxarıya doğru ovaraq çıxarırıq.Həftədə 1 gün etmək olar.Bu maska üzə
parlaqlıq,canlılıq verir,üzdəki ləkələri aparır,dərini
parıldadır.Darçını üzə çəkdiyiniz zaman üzdə istilik və yanma hissi
olacaq,bu zaman qorxmayın,üzünüzü yuduğunuz zaman keçəcəkdir.



Həssas dərilər üçün üz maskası:

2 çay qaşığı kəklikotu

2 çay qaşığı qaymaq

İlk öncə kəklikotunu qaynadırıq,suyunu süzüb qaymaqla qarışdırırıq.Göz ətrafına çəkmək olmaz.20 dəqiqə saxlayıb yuyuruq.



Təmizləmə maskası

2 çay qaşığı un

1 çay qaşığı su

1 çay qaşığı bal

Bunları qarışdırıb üzünüzə və boynunuza çəkin.7-8 dəqiqə sonra ilıq su ilə yuyun.



Nəmləndirici maska

1 yumurta

1 çay qaşığı un

2 qaşıq zeytun yağı

Əvvəlcə yumurtanı çıalırıq, sonra yağ və unu əlavə edirik. Yaxşıca
qarışdırıb üzümüzə çəkirik. 15 dəqiqə sonra ilıq su ilə yuyuruq.

Bunları etdiyiniz zaman üzünüzün daha da gözəlləşdiyinin şahidi olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!