Saçlarınızdakı rəngli dəb – 5 əsas trend

Saçlarınızdakı rəngli dəb – 5 əsas trend
Saç və Dəri baxımı
10.09.2017 11
Bu
mövsüm rəngkarlar dəbə uyğun olaraq saçlarınıza parlaqlıq və işıq
qatmaq üçün müxtəlif rənglərlə işləməli olacaqlar. Bu baxımdan
sarışınlar və ya kürənlər, qəhvə rəngli və ya əsmərlər üçün
maraqlı seçimlər olacaq. Siz də saçlarınızda dəbi daşımaq istəyirsinizsə
təqdim etdiyimiz bu 5 trend köməyiniz ola bilər.



Brond 



Brond
sarışın və şabalıd rənglərinin qarışığından yaranma rəngdir. Brond
ənənəvi şabalıd rənginə günəş şüalarının verdiyi parlaqlıqla fərqlənir.
Parlaq olmağı ilə yanaşı, həm də, parlaq görünür. 



Bal sarısı



Bu
rəngə daha çox məşhur müğənni Beyonce-un saçlarında rast gəlmək
mümkündür. İsti bal sarısı saçlar yay üçün idealdır. Bal sarısı
saçlarını daha çox sarıya boyayan qızların köməyi olacaq. Başqa bir
müsbət cəhəti isə qəhvə rəngli və ya əsmər saçlılar üçün də əla
seçimdir. 



Açıq-şabalıd



Bu
yaz-yay saçlarınızın rəngini dəyişdirmək istəsəniz, istər əsmərlər,
istərsə də, sarışınlar heç tərəddüd etməyin. Açıq-şabalıd rəng əla
seçimdir. Bu sizi daha da bahar əhvallı edəcək. Jesicca Alba da
bu mövsüm saçlarının rəngini açıq-şabalıda boyayıb.  



Darçın vurğusu



Bu
alovlu çalarlar tünd-şabalıdı və kürən saçlı xanımlar üçün daha
mükəmməl seçimdir. Darçın çaları saçlarınızın rəngini daha dərin və
zəngin etməklə, obrazınıza canlılıq və enerji qatacaq.



Qırmızı çalarlı şərab



Belə
cəlbedici rəng sarışınlar və kürənlər üçündür. Canlı və parlar rəng
sarışınlar və kürənlərə öz obrazlarında radikal dəyişiklik etməyə icazə
verməklə, onları tamamilə yeni obrazlarına qovuşduracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!