Saçlarınız üçün bitki tərkibli yağlar

Saçlarınız üçün bitki tərkibli yağlar
Saç və Dəri baxımı
10.09.2017 27
Saçlara
qulluqda artıq kosmetik vasitələrdən çox təbii vasitələrə üstünlük
verilir. Budur, saçlarına parlaqlıq  qazandıracaq və daha sağlam edəcək
təbii qulluq vasitələri ilə tanış ol.



Ən məşhur olanı ilə başlayaq: Arqan yağı! Tərkibindəki
A və B vitamini sayəsində saçlarınız daha parlaq və yumşaq olacaq.
Hamam girməmişdən öncə yağı bir az isidin və saçlarınızın dibinə masajla
yedirin. Daha sonra streç ilə başınızı örtün və 1 saat saxlayın.

Saç tökülməsinə qarşı: Bibəriyyə yağı! Bibəriyyə
yağının tərkibindəki rosamarin asiti sayəsində saçlar həcmlənir və
güclənir. Saç tökülməsi və saç qırılmaları zamanı çox təsirlidir. Pambıq
vasitəsilə saç diblərinizə sürtə bilərsiniz.

Daha çox təmizlik üçün: Ardıc yağı! 10
damcı ardıc yağını, 5-6 damcı bibəriyyə yağını və 3 yemək qaşığı zeytun
yağı ilə qarışdırın. Saç dərinizə sürtün və başınızı dəsmal ilə örtüb 2
saata yaxın saxlayın.

Kəpəyə qarşı: Şam ağacı yağı! Saçları
qidalandırılması ilə bərabər saç diblərində olan mikroorqanizmin
yaranmasına da mane olur. 250 ml-lik şampunun içinə 10 - 15 damcı yağ
əlavə edin. 

Saçların uzanması üçün: Sarımsaq yağı! Tərkibindəki təbii antibiotik nisbəti saçların uzanmasına təsir edən ən yaxşı yağdır. 

Parlaq olması üçün: Kəklikotu yağı!  Qan dövranına yaxşı təsir edir, parlaqlığının artmasına və daha həcmli olmasına kömək olur.

Daha faydalı üsul: Hindqozu (kokos) yağı: Boyanmış
saçların təkrar canlanması üçün çox faydalıdır. Həmçinin saç
tökülməsinin qarşısını alır. Şampunuzun tərkibinə əlavə edə bilərsiniz
və hamamda başınıza yumadan öncə sürtə bilərsiniz.

Vitamin üçün: Avokada yağı! Saçlarınızın
daha parlaq olmasını və sağlam şəkildə uzanmasını istəyirsinizsə,
başınızı yumadan öncə başınızda 15-30 dəqiqə saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!