Saman çöpü kimi quru saçların üçün 10 faydalı üsul

Saman çöpü kimi quru saçların üçün 10 faydalı üsul
Saç və Dəri baxımı
10.09.2017 13
Quru
saçlar yuyulduqdan sonra belə öz görünüşünü dəyişməz. Nə balzam, nə
əlavə başqa şampun onları uzun müddətlik nəmləndirməz. Üstəlik də quru
saçlarda görünən kəpək lap can sıxıcı olar. Bəs bunlarla mübarizə
aparmaq üçün nə etməli? Foxy sənə salona gedib əlavə pul xərcləmədən
evdə özünün də quru saçlarına yardım etməyin üçün üsullar təqdim edir. 



1. Doğru şampun seç -
saçı tez-tez şampunla yumaq quru saçların ən geniş əmələ gəlmə
səbəblərindən biridir. Çünki şampunların tərkibində saçların təbii
yağını özünə çəkən sərt təmizləmə maddələri var. Quru saçlar üçün ən
ideal şampunların pH dəyərinin 4,5 ilə 6,7 arasında olması mütləqdir.

2. Saçlarınla incə davran  -
quru saç ən kövrək saç tipidir. Buna görə də saçlarına xüsusi diqqət
göstərməlisən, "nazı" ilə oynamalısan. Saçlarını yuyarkən incə rəftar
elə, qaşımaq, bərk və tez bir şəkildə yumaq düzgün deyil. Bu zaman
təkcə saçlarına deyil, həm də baş dərinə də zərər yetirmiş olarsan.
Saçlarını barmaqlarının ucları ilə massaj edirmiş kimi yumalısan, belə
etdikdə baş dərində olan yağlar da fəaliyyətə başlayar. 

3. Saça qulluq kremlərindən istifadə et -
quru saçların nəmə çox ehtiyacı var. Buna görə də saçlarını spirt
tərkibi olmayan baxım kremləri ilə nəmləndir. Çünki spirt qurunu daha da
quru edir. 

4. İsti qulluq yağı istifadə et - mütəxəssislər quru saçları bərpa etmək üçün isti qulluq yağlarını məsləhət görürlər. 

5. Saçların adi daraqla dara -
fırça daraqlar quru saçların düşmənidir. Onsuz da quru olub qırılan
saçlar fırçalı daraqla darandıqda daha çox qırılır. Fırça yerinə adi və
yaxşı olar ki, taxta darağa üstünlük verəsən. Həm də istifadə etdiyin
fırçalı darağın da tipi vacibdir. Əgər fırçalı daraq istifadə etmək
istəyirsənsə, mütləq deşikli fırça daraq yaxşı seçimdir. 

6. İstidən uzaq dur -
quru saçlı xanımları həmişə bir sual maraqlandırır. Görəsən saç qurudan
və şəkilləndirən fenlərdən istifadə edə bilərikmi? Təbii ki, bu
tip fenlər, xüsusən də saç şəkilləndirici fenlər quru saçların daha da
zədə almasına səbəb olur. Mütləq ki, fen istifadə etmək istəyirsənsə o
zaman az dərəcəli istilikdə istifadə et.

7. Saçlarına qulluğun vaxtını düzgün payla - əgər bugün saçlarını düzləşdirəcəksənsə, 2 gün sonra rəngləməni uyğula. Daha 2 gün sonra isə saçlarını bura bilərsən. 

8. Sirkəni yoxla -
quru saçlarına sirkə ilə "can" ver. Sirkə yaxşı bir
nəmləndirici olmaqla yanaşı, saçları yaxşı təmizləyir və parlaqlaşdırır.
Belə ki, saçlarını 

yuduqdan
sonra bir qab suya 1 yemək qaşığı sirkə əlavə edib, durula. Və su
vurma sonra. Həm də sirkəni saçlarındakı kəpəyi yox etmək üçün də
istifadə edə bilərsən. Saçını yumamışdan əvvəl həftədə bir neçə dəfə
sirkə ilə masaj edə bilərsən. 

9. Parıldamağı üçün yumurta istifadə et -
quru saçlar təkcə nəmini deyil, həm də, parlaqlığını da itirir. Buna
görə də ona yenidən parlaqlıq qatmaq üçün ilıq suyun içinə yumurta qır
və onu saçlarında köpükləndir, sonra isə duru su ilə təmiz
yu. Quruluqdan parlaqlığını çox itirmiş saçlar üçün isə bu müalicəni
uyğula: 3 yumurtanı 2 yemək qaşığı zeytun yağı və 1 çay qaşığı sirkədə
qarışdır. Bunu saçlarına uyğula və saçlarını bağla. 30 dəqiqə bu şekildə
gözlə. Sonra şampunla.

10. Mətbəx şkaflarına göz at -
qoz və fındıq kimi qidalar saçına faydalıdır. Çünki bu tip qidaların
tərkibindəki yağlar saçlarına nəmlik və parlaqlıq verər. Ona görə
də qoz, fındıq, boranı tumu bol-bol qəbul edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!