Tez yağlanan saçlar üçün məsləhətlər

Tez yağlanan saçlar üçün məsləhətlər
Saç və Dəri baxımı
10.09.2017 26
Tez yağlanan saç və baş dərisinin iki səbəbi var:

1. Daha çox yağ ifraz edən baş dərisi 

2.Saç kifayət qədər yuyulmur və saç dərisi kirdən kifayət qədər təmizlənmir.

Hansı
səbəb olmasından asılı olmayaraq yağlı saçları və baş dərisini
nəzarətdə saxlamağın ən vacib həlli yollarından biri saçları müntəzəm
olaraq yumaqdır. 



Siz də ətrafınızda saçlarını gündəlik yumaqdan qaçan adamlarla
rastlaşırsınz. Onların iki səbəbə görə saçlarını hər gün yumadıqlarını
deyirlər: "hər gün yuyulan saç daha tez yağlanır"; "saç dərisindəki yağ
saçları qidalandırır" düşüncəsi.



Saçı hər gün yumaq düzgündürmü? 

Saçları
hər gün daha çox yağ ifraz edilməsinə səbəb olmaz. Əksinə yağlı saçlara
və baş dərisinə sahib olanlar üçün saçları hər gün yumaq ən rahat və
asan həll yoludur. 

Baş
dərisində yığılan yağın heç bir qidalandırma xüsusiyyəti yoxdur. Bəli,
saç dərisinin yağa ehtiyacı var. Saç yuyulduqdan sonra 3-7 saat ərzində
də kifayət miqdarda yağ ifraz edilir. 



Hansı şampundan istifadə edilməlidir?

Saçların
yağlılığı yaş və hormonlarınızdan da asılıdır. Belə ki, yeniyetmə
dövründə hormonların təsirindən saç və dəri daha yağlı olur.

Əslində
yağlanmağın tamamilə qarşısını alan hər hansı şampun yoxdur. Balzam
yağlı saçlar üçün məsləhətli deyil. Yağlı baş dərisinə sahibsinizsə, "Ph
dərəcəsi dəriyə uyğun" yazılı şampunlara üstünlük verməlisiniz. 

Bundan əlavə həftədə bir dəfə kəpəyə qarşı şampunlardan da istifadə edə bilərsiniz.



Yağlı saçlardan xilas olmaq üçün 7 üsul:

- Saçınızı hər gün yuyun

- Yaxşı yuyun

- Həcm verən və ya saçlarınızı yumşaq edən şampunlardan istifadə etməyin

- Saçlarınızı isti fenlə qurutmayın

- Çox isti su ilə yumayın

- Həftədə ən az 1 dəfə kəpəyə qarşı olan şampunlardan istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!