Cansız saçları necə canlandırmaq olar?

Cansız saçları necə canlandırmaq olar?
Saç və Dəri baxımı
10.09.2017 15
Qadın
gözəlliyinin əsas göstəriciləri gözəl, parlaq, baxımlı və canlı
saçlardır. Ən gözəl saç kəsimi edilsə belə, əgər saçlar canlı
görünmürsə, o zaman arzusunda olduğunuz gözəlliyə qovuşa bilməzsiniz.
Buna görə də Foxy sizə saçları necə sağlam, canlı görünüşə qovuşdura
bilərsiniz mövzusunda ipucları verir. 

Cansız
saçlar əsasən quru olur. Saçlarınız qurudursa, saçınızı hər gün
yumayın. Saçlarınızın təbii yağını qorumaq üçün 2 gündən bir yuyun. Çox
isti su saçlarınızın nəm itirməsinə, quruyub qırılmasına səbəb olur.
Saçlarınızı ilıq su ilə yuyun, sonda soyuq su ilə yaxalayın.

Vitaminlər

Vitamin
çatışmazlığı saçlarınızın görünüşündə böyük rol oynayır. B1 və B2
vitaminlərinin çatışmazlığı saçlarınızın mat və cansız olmasına səbəb
olur. B1 vitamini üçün lobya, ispanaq, fındıq və qəhvəyi düyü, B2
vitamini üçün isə süd və süd məhsulları, çörək və badam
yeməlisiniz. Yumurta və zeytun yağı ilə hazırlanan "möcüzəvi” təbii
maskadan mütləq istifadə edin. Yumurta sarısı və zeytun yağını
qarışdırın. Saç dibləri və uclarına bərabər şəkildə çəkin. 10 dəqiqə
gözləyin. Saçlarınızı su vurmadan şampunla yuyun və ilıq su ilə
yaxalayın.



Quru saçlar üçün maska

Bir
stəkan isti su, bir qaşıq bal, bir qaşıq badam yağı, yarım qaşıq kətan
toxumu yağını qarışdırın. Hazırladığınız maskanı saç uclarına və
diblərinə masaj edərək vurun. Streç ilə bağlayıb bir saat gözləyin.
Şampunlayıb durulayın.



Kerastase Nutritive Quru və cansız saçlar üçün şampun + təbii qulluq maskası 

Quru
saçlar üçün olduqca faydalı vasitədir. Saçın qurumasının qarşısını
alar. Bu vasitə ilə saçlar uzun müddət qidalanır və qorunur. Saçların
daha asan şəkil almasına kömək edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!