Kələmdən gələn qulluq

Kələmdən gələn qulluq
Saç və Dəri baxımı
10.09.2017 27
Üz,
çənə və boyun hissəsinə qulluq heç vaxt gec deyil. Amma bu işi
tezləşdirməkdə də faydavar. Çünki üz, çənə və boyun dərinizə nə qədər
tez qulluq etsəniz daha çox gənc, təravətli dəriyə sahib olarsınız.
Bunun üçün isə sadəcə hər gün özünüzə bir az vaxt ayırmaq və qulluq
etmək kifayətdir. Sizin gündəlik dəriyə qulluq rutininizə kömək etmək
üçün kələmlə edə biləcəyiniz gözəllik prosedurlarını təqdim edirik. 

Qeyd
edək ki, ağ kələm A, B, C, K və PP vitaminləri ilə zəngin olduğundan
dərini təmizləyir, ağardır, nəmləndirir və qidalandırır.



Quru dəri üçün maska

1
ədəd kiçik kələmin yarpaqlarını nazik doğrayın, 1 stəkan süd ilə
qarışdırıb kələm yumşalanana qədər qaynadın. Maskanı odun üzərindən
götürün, soyuduqdan sonra üz və boyun hissənizə  çəkib 20 dəqiqə
saxladıqdan sonra ilıq su ilə yuyun. 



Yağlı dəri üçün maska 

1
ədəd kiçik kələmin yarpaqlarını suda bişirin, soyudub blenderdən
keçirdin. Sonra 1 ədəd yumurta ağı ilə qarışdırın. Alınan məhlulu üz və
boyun dərinizə çəkib 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.



Qidalandırıcı maska

1
ədəd sürtgəcdən keçirilmiş kök, 50 qram kələm suyu qarışdırılır,
üzərinə 1 ç.q. xama əlavə edilib təmiz üzə çəkilir. Maska üzdə 20 dəqiqə
qaldıqdan sonra ilıq su ilə yuyulur.



Quru dəri üçün losyon

1
ç.q. kələm suyu, 2 ç.q. bal və 20 qram spirt qarışdırılır, iki gün şüşə
qabda qaranlıq yerdə saxlanılır. Sonra isə səhər və axşam üzü bu
losyonla silmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!