Dəri çatlamasına yaxşı təsir edən yağlar

Dəri çatlamasına yaxşı təsir edən yağlar
Saç və Dəri baxımı
10.09.2017 7
Qışın
gəlməsi ilə dərimizdəki problemlər də baş qaldırır. Bunun qarşısını
təbii yolla almaq mümkündür. Dərinin çatlamasının qarşısını almaq üçün
bir neçə yağ araşdırdıq.



Kokos yağı –
Bədəndə olan çatların qarşısını almaq üçün çat olan hissələrə kokos
yağı çəkib 10 dəqiqə massaj etmək lazımdır. Pambıq bir bezlə də həmin
yeri bağlamaq məqsədəuyğundur. Həmin yeri isti su torbası ilə isti
saxlamaq lazımdır. Bu prosedur 1 ay müddətində hər gün təkrarlanmalıdır.

Kakao yağı –
Çox faydalı olan kakao yağı gündə 2 dəfə olmaqla çat olan hissəyə
tətbiq edilir. Bu müalicənin yaxşı təsir etməsi üçün 2 ay müddətində
edilməsi məsləhətlidir. 

E vitamini yağı –
Dərinin elastikliyini artıran E vitamini yağı onun bərkimiş hissələrinə
tətbiq olunur. E vitamini gündə 2 dəfə dəriyə çəkilməlidir.

Zeytun yağı –
Tərkibindəki antioksidan maddələrin köməyi ilə dəridəki çatların yox
olmasına gətirib çıxarır. Zeytun yağını ilıq şəkildə dəriyə tətbiq
edilməlidir.

Avokado yağı – A, D və E vitaminləri ilə zəngin olan avokado yağı dərinin hamar olmasını təmin etməklə bərabər elastikliyini də bərpa edir. 

Lavanda yağı – Bədənin təbii quruluşunu qoruyaraq çatların sağaldaraq eyni zamanda da, sızanaqların da yaranmasının qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!