Maya maskası ilə saçdan üz dərisinə qədər gözəllik

Maya maskası ilə saçdan üz dərisinə qədər gözəllik
Saç və Dəri baxımı
10.09.2017 12
Saç üçün maya maskası

B5
vitamini tərkibli olduğu üçün yaş mayanı saç tökülməsinə qarşı çox
faydalıdır. Buna görə də, nəm maya saç tökülməsi üçün saça qulluq
maskalarından biridir. Yenidən saçın çıxmasına şərait yaratdığı qədər
də, başdakı mövcud saçların daha gur, canlı və güclü olmasına kömək
edir. 

Tərkibi

1 paket nəm maya  paket yaş maya

1 stəkan ilıq süd

1 yemək qaşığı bal 

Hazırlanması

Hamısını
qarışdırıb saç diblərinə yedirərək sürtün. Saçınızı streç ilə bağlayıb
bir saat gözləyin. İlk öncə ilıq su ilə yaxalayın. Saç tipinizə uyğun
şampunla yuyun. 

Bu maskanı həftədə 1-2 dəfə edə bilərsiniz. 



Üz dərisi üçün nəm maya maskası

Üz
dərinizi anındaca daha gənc, canlı və parlaq görünməsini
istəyirsinizsə, maya maskası tam sizlikdir. Sivilcələri yaxşılaşdıran
maya maskası, qara nöqtələr üçün təsirlidir. 

Tərkibi

Yarım paket nəm maya 

1 yemək qaşığı ilıq süd 

Hazırlanması

Mayanı südlə qarışdırıb əridin. Bütün üz və boynunuza masaj edərək sürtün. 15 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın. 

Həftədə 1 dəfə maskanı etsəniz möcüzəvi nəticələr əldə edəcəksiniz. 





Əllərə qulluq maskası

Xüsusilə
soyuq havalarda quruyan, çatlayan əlləriniz üçün maya maskası edə
bilərsiniz. Əmin olun ki, nəticədən çox məmnun qalacaqsınız.  

Tərkibi

Yarım paket nəm maya 

1 yemək qaşığı zeytun yağı 

Hazırlanması

Maya
və zeytun yağını qarışdırıb əl və dırnaqlarınıza sürtün. Əllərinizi
streç ilə bağlayıb 15 dəqiqə gözləyin. Maya maskası dərinlərə nüfuz
edəcək və daha yaxşı nəticə əldə edə biləcəksiz. İlıq su ilə əllərinizi
yaxalayın. 

İstədiyiniz zaman əllərə qulluq üçün maya maskası edə bilərsiniz.

Maya maskasının faydaları nədir? 

Maya maskalarının niyə bu qədər faydalı olduğu sizi təəccübləndirir? Maya maskasının möcüzəvi faydaları:  Ş

Tərkibində protein olması toxumaların bərpasına kömək ediri.

Protein üz dərisi və saçlara hamar görüntü qazandırır 

Kalium tərkibli maya üz dərisindəki artıq maddələri təmizləyir 

B2 ve B6 vitamin tərkibli maya yağ balansını tarazlaşdırır, sivilcə yaranmasının qarşısını alır.  

Maya üz dərisi və saçları xarici təsirlərdən qoruyan təbii "qalxan"dır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!