Saçlarınızı dəsmalla qurulamayın

Saçlarınızı dəsmalla qurulamayın
Saç və Dəri baxımı
10.09.2017 7
Saçlarınıza kifayət qədər qulluq etsəniz də, problemlərdən xilas ola bilmirsiniz?

 araşdırmalar
göstərib ki, bir çox insan saç tökülməsinin və ya saçların
elektrikləşməsinin səbəbini aydınlaşdıra bilmir. Xanımlar isə xüsusi
maskalardan və ya faydalı yağlardan istifadə etsələr də, saçqırandan
əziyyət çəkirlər.  Mütəxəssislər bildirirlər ki, saçla bağlı yaranan
problemlərin bir çoxu onları düzgün qurulamamaqdan qaynaqlanır.

 

Ancaq narahat olmağa dəyməz. Çünki məsləhətlərə əməl edərək daha sağlam və parlaq saçlara qovuşa bilərsiniz.

 

Əvvəlcədən
onu qeyd edək ki, saçlarınızı duşdan sonra dəsmalla qurulayırsınızsa,
onları heç vaxt arzuladığınız kimi parlaq və gur görə bilməyəcəksiniz.
Çünki dəsmal bədəni qurulamaq üçün uyğun olsa da, saçları korlayır.

 

Ən
yaxşı variant saçı tərkibi 100 pambıqdan ibarət parça ilə qurulamaqdır.
Bu proses 5 dəqiqədən artıq çəkməməli, saçı tamamilə qurutmağa
çalışmamalısınız. Evdən çıxmağa tələsmirsinizsə, saçın öz-özünə
qurumağını gözləyin. Əks halda əvvəlcə saça onu yüksək temperaturun
səbəb olacağı fəsadlardan qoruyacaq sprey vurun. Daha sonra isə saç
fenini 15-20 santimetr uzaqdan tutub əvvəlcə saç dibini, sonra ucları
qurudun.

Saçlarınızı
əsla yaş halda daramayın. Bu saçın qırılmasına səbəb olur. Saç
quruduqdan sonra ona cüzi miqdarda lavanda və ya zeytun yağı çəkib
darayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!