Dəri hüceyrələrini yeniləyən maska

Dəri hüceyrələrini yeniləyən maska
Saç və Dəri baxımı
10.09.2017 11
30
yaşdan sonra dəri hüceyrələrinin yenilənməsi prosesi ləng gedir. Bu isə
dərinin qırışması, dəri elastikliyinin azalması ilə nəticələnir. Ona
görə də bu yaş dövründən sonra hüceyrələri yeniləyən maskalardan
istifadə etmək lazımdır.

 

Hüceyrələri yeniləyən pomidor maskası:

 

Tərkibi:

Yarım pomidor

1 çay qaşığı badam yağı

1 xörək qaşığı az yağlı qatıq

 

Hazırlanması və tətbiqi:

Pomidorun
qabıqlarını soyub doğrayın. Üzərinə badam yağı ilə qatığı əlavə edib,
yaxşıca qarışdırın. Üzünüzə skrabla yuyub təmizləyin. Quruladıqdan sonra
maskanı çəkib dairəvi hərəkətlərlə masaj edin. 20 dəqiqə gözləyib ilıq
su ilə təmizləyin. Maskanı həftədə bir dəfə çəkməlisiniz.

 

Avokado maskası:

(Bu maska quru dəri tipinə sahib olanlar üçün uyğundur)

 

Tərkibi:

1 çay qaşığı avokado

1 çay qaşığı küncüt yağı

1 çay qaşığı ərik yağı

1 çay qaşığı bal

 

Hazırlanması və tətbiqi:

 

Məhsulların
hamısını qarışdırıb fırçanın köməkliyi ilə  təmiz dəriyə çəkin. 20
dəqiqə saxladıqdan sonra soyuq su ilə təmizləyin. Maskadan həftədə iki
dəfə istifadə etmək məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!