Gözəl görünməyin sirri

Gözəl görünməyin sirri
Saç və Dəri baxımı
10.09.2017 9
Qədim zamanlardan bəri insanlar gözəlləşmək məqsədilə qatıqdan istifadə ediblər.

 

Bu
da təsadüfi deyil, çünki bu məhsul bir çox vitamin və minerallarla
zəngindir. Qatıq dəri üçün çox faydalıdır. Sızanaqları azaldır,
qızartını aradan qaldırır, anti-bakterial xüsusiyyəti sayəsində
iltihabları yox edir. Tərkibindəki "alfahidroksikasit” adlı maddə
dəridəki qırışların azalmasına, ləkələrin rənginin açılmasına və
yaşlılıq əlamətlərinin itməsinə kömək edir.

 

"3 problem” maskası:

Tərkibi:

1 çay qaşığı qatıq

1 çay qaşığı bal

1 çay qaşığı yulaf

 

Hazırlanması və tətbiqi:

Bütün
məhsulları qaba töküb yaxşıca qarışdırın. Maskanı barmağınızla təmiz
dəriyə çəkin, 10-15 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Daha sonra
üzünüzü 3 dəfə buz kimi soyuq su ilə yuyun.

Bu maska həm sızanaqları yox edir, həm qırışları açır, həm də dəriyə parlaqlıq verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!