Bu yağ hüceyrələri yeniləyərək dəridəki qırışları azaldır

Bu yağ hüceyrələri yeniləyərək dəridəki qırışları azaldır
Saç və Dəri baxımı
10.09.2017 12
Küncüt
yağı həm dəri, həm də saçlar üçün çox faydalıdır. Ondan, xüsusən,
gözəllik mərkəzlərində dərini yumşaltmaq, təravətləndirmək üçün istifadə
edilir. 



Küncüt
yağı qırışları da aradan qaldırmağa qadirdir. 30 və 60 yaş arası
qadınların dərisində quruluğu aradan qaldırır, onun solğun və tutqun
görünməsinin qarşısını alır. Küncüt yağı tərkibindəki Omega-6 yağ
turşuları sayəsində dəri hüceyrələrini yeniləyir. Məhz bu xüsusiyyəti
sayəsində də dəridəki qırışları azaldır. 



Küncüt
yağının tərkibinə linoleik turşusu, sesamol və sesamolin kimi
antioksidant xüsusiyyətə malik yağ turşuları, dəmir, sink, maqnezium,
kalsium kimi orqanizmə lazım olan minerallar daxildir. 



Küncüt
yağı masaj salonlarında da ən çox istifadə edilən yağlardandır. Bunun
səbəbi isə küncüt yağının bərpaedici xüsusiyyətidir. Küncüt yağı
istifadədən dərhal sonra öz təsirini göstərir. Belə ki, 2-3 dəqiqə sonra
dəri daha parıltılı olur. 



Küncüt
yağı tökülən kirpiklər, qaşlar və saçlarda müalicə məqsədilə istifadə
edilir. İçərisinə 1-2 damcı rozmarin (bibəriyyə) yağı tökdükdə isə
təsiri ikiqat artır. Rozmarini kəklikotu, ya da hindqozu yağı ilə əvəz
etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!