Saçların çox tökülməsi hansı xəstəliyin səbəbidir?

Saçların çox tökülməsi hansı xəstəliyin səbəbidir?
Saç və Dəri baxımı
10.09.2017 154
Fəsil
dəyişiklikləri zamanı saçlar tökülə bilər. Sağlam insan gün ərzində 100
ədədə yaxın saç teli itirir. Ancaq saç tökülməsi 2 aydan artıq davam
edirsə, artıq bir sıra xəstəliklərdən şübhələnməlisiniz. 
 
Tiroid vəzlərinin yavaş işləməsi
Tiroid
vəzinin həddən artıq zəif işləməsi və lazımi hormonları az istehsal
etməsi saçların tökülməsinə səbəb ola bilər. Belə halda saç yenidən
çıxmır, yəni saçın kökləri quruyur. Bu səbəbdən, uzun müddət davam edən
saç tökülməsi zamanı mütləq mütəxəssisə müraciət edərək səbəb
aydınlaşdırılmalıdır. 
 
Dəmir çatışmazlığı
Dəmir
çatışmazlığından əziyyət çəkən qadınların 70 faizində saç tökülməsi
müşahidə edilir. Bunun qarşısını almaq üçün dəmirlə zəngin qidalar yemək
lazımdır. Qırmızı ət və yumurta mütləq gündəlik menyuya daxil
edilməlidir.
 
Sink və D vitamin
Sink
və D vitamin çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Həmçinin,
B12 vitamini və fol turşuları da bu baxımdan əhəmiyyət kəsb edir.
Düzgün qidalanmadıqda orqanizmdə bu vitaminlər və minerallar azlıq
təşkil edir, bu da saç köklərinin qidalanmaması ilə nəticələnir. 
 
Odur
ki, 2 aydan artıq davam edən saç tökülməsi zamanı mütləq həkimə müracit
edib problemi müəyyənləşdirməli və müalicəyə başlamalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!