Sızanaqlardan azad olmağınız üçün 9 qida

Sızanaqlardan azad olmağınız üçün 9 qida
Saç və Dəri baxımı
10.09.2017 24
Elə
qidalar var ki, sızanaqları tamamilə yox edir. Bu qidaların axtarışına
çıxıb, sızanaqlardan yaxa qurtarmağa çalışırıq. Amma hansı qidaların
doğru qidalar olduğunu bilmirik. Doğru olan,  sızanaqlardan azad
olmağınızda köməkçi olacaq həmin 9 qida haqqında sizinlə paylaşırıq. 

Avokado
Avokado
bu mövzuda bəlkə də, özünə abidə qoyub. Heç bir zərərini tapmaq mümkün
deyil. Tərkibindəki C və E vitaminləri sızanaqları məhv etməkdə çox
təsirlidir. Mütəmadi istifadə edildikdə nəticə əldə etmək olur.

Brokkoli
Brokkoli
də öz növbəsində sızanaqları yox etmək mövzusunda rekordçudur. Amma bir
çoxları hesab edir ki, bu kələmin heç də yaxşı dadı yoxdur, sanki "acı
dərman”ı xatırladır. Lakin bu tamamilə səhv düşüncədir. A vitamin
kompleksi, B vitamin qrupu və K vitamini sayəsində dəriyə yüksək
keyfiyyətdə qulluq imkanı verir, onu sürətli şəkildə sağaldır. 

Əncir
Maqneziumla
zəngin olan bu dadlı meyvə də, dərinin hamarlığını, məxmər kimi
yumşaqlığını geri qaytarır və piy vəzilərinin fəaliyyətini azaldır.

Yulaf yarması
Maqneziumla
zəngindir, amma dadı elə də yaxşı deyil. Lakin yaxşı nəticə əldə etmək
üçün üç gün yulaf yarması ilə pəhriz saxlasanız sızanaqların necə
azaldığını görəcəksiniz.

Qəhvəyi düyü
Əmiciliyi yüksək və lif qaynağı olmaqla dərilə təmasda olur, onu dərindən təmizləyir.

Qızılxallı balıq (Forel)
Yağ turşuları və onların antibakterial fəaliyyəti ilə bu balıq da sizə sınaqları məhv etməyiniz üçün lazımdır.

İstridyə
Tərkibindəki bol sink sayəsində istridyə də "yardım əli”ni sizə uzadan qidalardandır.

Boranı tumu
Boranı tumu orqanizmdəki sink çatışmazlığını bərpa edən xüsusiyyətə malikdir. Sink də sızanaqları məhv etməkdə çox vacibdir.

Tünd şokolad
Antioksidantlar dəri üçün çox faydalıdır. Bunun üçün də tünd şokolad yeməyinizdə fayda var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!