Dərinə sağlamlıq və gənclik qat

Dərinə sağlamlıq və gənclik qat
Saç və Dəri baxımı
10.09.2017 30
Sağlam və gənc dəriyə sahib olmağın yolu düzgün qidalanmadan keçir
Dərinin
təmizliyi və sağlamlığı çox vacib amildir. Çox qadın meyvə-tərəvəz
yeyərək, mümkün qədər yağlı və şəkərli qidalardan uzaq duraraq üz
dərilərinin gəncliyini və sağlamlığını qoruya bilir.

Bu qidalar mütləq süfrəndə olmalıdır
Ümumiyyətlə,
təbii qidalanma bütünlükdə sağlamlıq üçün çox faydalıdır.
Tərkibindəki fitokimyəvi maddələr, polifenlər, atioksidanlar müxtəlif
metabolizmalara təsir edərək dərinin sağlamlığına yaxşı nəticələr bəxş
edir. Zeytun yağı qidalanma menyusunda olan ən vacib qidalardandır. Onun
tərkibindəki doymamış yağ asidləri və antioksidan polifenol
birləşmələr yaşlanmanın sürətini azaldır. Çiy şəkildə də salat və
müxtəlif tərəvəzli yeməklərdə istifadə edə bilərsən. Amma diqqət edin
ki, zeytun yağını həddindın artıq istifadə etməyəsən. Çünki hər nə qədər
xeyirli olsa da, çox istifadə olunnanda bir o qədər də ziyanlı olur.
Dərini günəşdən qoruyan təsirə malik olan pomidorla qəbul olunanda
zeytun yağı daha çox faydalı olur. 5 ç.q. pomidor püresi və 1 ç.q.
zeytun yağından hazırlanan məlhəmlə 12 həftə boyunca üzünü günəşdən
tutmuş istənilən zərərli təsirlərdən qoruya bilərsən. 

Qabıqlama və codluğa qarşı bitter şokolad
Kakaonun
tərkibindəki antioksidanlar dərini nəmləndirir və qan dövranını
yaxşılaşdırır. 12 həftə ərzində kakaolu qidalardan istifadə etmək
dəridəki qabıqlanmanı və codluğu azaldır. Kakaonun faydalarından
yararlanıb eyni zamanda da kilo ata bilərsən. Necə? Gündə sadəcə 28 qr.
və ya 150 kalorilik kakolu qidalar qəbul etməklə. Hər gün kofe içən
qadınlara nisbətən içməyənlərdə dəri xərçəngi riski daha çox olur. Gündə
bir fincan kofe ilə bir dilim bitter şokolad qəbul etmək qan şəkərinin
fəaliyyətinə yaxşı təsir etməklə dəriyə də parlaqlıq qatar.

Sızanaqlara qarşı sardina və ya somonla qidalan
100
qram sardina 1,5 qram omega 3 yağ asidlərini özündə birləşdirir. Omega 3
sardina və somon kimi balıqlarda çoxdu. Həftədə ən azı 3 dəfə balıq
yemək məsləhətlidir. Eyni zamanda gündə 2 ədəd qoz və ya 5 ədəd badam,
fındıq qəbul etmək çox yaxşı təsir edərək üz dərisinin yaşlanmasının
qarşısını alır. 

Bol su için
Dərinin
nəm olmağını istəyirsənsə hər gün 2.5 litr su içməyində fayda var. Su
üz dərisini nəmləndirir və qırışıqlıqları azaldır. Həm də orqanizmin
toksinlərdən təmizlənməsi üçün də suya ehtiyacı var. Bol su içməklə dəri
toksinlərdən təmizlənəcək və daha sağlam olacaq. Su içməyi unudan
insanlar saatla bunu daha yaxşı yerinə yetirə bilərlər. Su ilə birlikdə
qırışlarla mübarizə aparmaq, dərini gənc saxlamaq istəyirsənsə bir gündə
250 qr. yaşıl və sarı tərəvəzlərlər qidalansan nəticəsini görərsəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!