Ulduzsayağı trend: balerina toppuzu

Ulduzsayağı trend: balerina toppuzu
Saç və Dəri baxımı
10.09.2017 33
Klassik
balerina toppuzunun dəbdən düşdüyünü düşünürsünüzsə, yanılırsınız.
Dünya ulduzları öz timsalında sübut edir ki, belə saç düzümü bütün
dövrlərdə aktualdır.
 
Balerina
toppuzu boynun zərifliyini vurğulayır və qadını olduqca cəlbedici
göstərir. Belə saç düzümünün üstünlüyü bununla bitmir. Balerina
toppuzunun ciddi iş geyimi, həm də ziyafət paltarıyla uyğunlaşdırmaq
olar.
 
Balerina
toppuz saç modelinin bir neçə variantı mövcuddur: tarım yığılmış, bir
qədər dağınıq, aşağıda yığılmış toppuz və hörüklü variantları.
Stilistlər bildirir ki, bu il dağınıq variantı dəbdə olacaq. Toppuzun
dağınıq və həcmli alınması üçün saçları əvvəlcədən hörüb yatmaq məsləhət
görülür. Toppuz saç düzümünü yığmaq üçün xüsusi rezinlər və saç
broşları satılır. Onların sayəsində saç dağılmır və uzun müddət səliqəli
qalır. İdeal yumruluğu əldə etmək təkcə cəldlik və əl qabiliyyətində
deyil, həm də xüsusi rezində gizlənib. Odur ki, rezinin qalınlığına
diqqət edin.
 
Toppuz
hissəsini bərkitmək üçün saç sancaqları və maşalar lazım olacaq.
Əhval-ruhiyyəyə uyğun olaraq saç aksessuarlarından da istifadə eləmək
olar. Belə aksessuarlar, broşlar və ya güllər balerina saç düzümünə
xüsusi gözəllik qatır. Darıxdırıcı görünməmək üçün sonda makiyajı moruq
rəngli pomada ilə tamamlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!