Yayda parlaq dəri üçün ev şəraitində düzəldilmiş skrablar

Yayda parlaq dəri üçün ev şəraitində düzəldilmiş skrablar
Saç və Dəri baxımı
10.09.2017 8
Dəfələrlə sübut
olunub ki, dəridəki bir çox problemlər məhz təbii üsullarla
aradan qaldırılıb. Buna görə də son zamanlar üz və bədən üçün
ev şəraitində hazırlanan skrablar çox məşhurdur. 



BƏDƏN ÜÇÜN ŞƏKƏRLİ SKRAB

Məqsəd: Pilinq edir

Ev
şəraitində hazırlanan bu klassik skrabdan daha asan bir şey yoxdur.
Qəhvə rəngli  şəkər və zeytun yağının kombini ev şəraitində, xüsusilə
də, yayda çimərlik sezonunun  sonunda dəri üçün ideal, effektli
formuldur.

İçindəkilər: 200 qr qəhvəyi şəkər, 100 ml zeytun yağı, 1-2 damcı dad üçün efir yağı.

Hazırlanması: Bütün bu məhsullar qarışdırılır və 7 gün süşə bankada saxlanılır.

İstifadə tezliyi: Effektli dəri pilinqi üçün ehtiyaca görə.



BƏDƏN ÜÇÜN VANİLLİ VƏ DARÇINLI SKRAB

Məqsəd: Ümumi bədən pilinqi

Ev şəraitində hazırlanan bu skrab dəriyə əsrarəngiz parlaqlıq verərək mözücələr  yaradır.

İçindəkilər: 1
xörək qaşığı darçın tozu, 1 xörək qaşığı vanil ektraktı, 250 qr böyük
qəhvəyi şəkər, 125 ml zeytun və ya kokos yağı.

Hazırlanması: Bütün məhsullar qalın və yapışqan olana qədər qarışdırılır. Ağzı qapaqlı şüşə bankada saxlanılır.

İstifadə tezliyi: Həftədə bir dəfə.



ÜZ ÜÇÜN QREYPFRUT VƏ AVOKADO İLƏ ŞƏKƏRLİ SKRAB

Məqsəd: Dərini sıxılaşdırır

Bərpaedici
xassəsinə görə Qreypfrutun bənzəri yoxdur. Kollagenin təbii istehsalını
gücləndirməklə, bir neçə günə hamar dəriyə nail olmaq üçün əla köməkçi
antioksidandır. Avokado ilə birləşməsi pilinqə əlavə güc qataraq dərinin
qocalmasına ikiqat zərbə vurur.

İçindəkilər: 250 qr şəkər, yarım çəhrayı qreypfrut şirəsi, 3 xörək qaşığı avokado yağı.

Hazırlanması: Şirəçəkən maşından qreypfrutun şirəsi çıxarılır. Bütün məhsullar qarışdırılaraq şüşə bir qaba qoyulur.

İstifadə tezliyi: Gündə 1 dəfə, səhərlər.



ÜZ ÜÇÜN ÇİYƏLƏK VƏ LAYMLI SKRAB

Məqsəd: Dərini işıqlandırır

Çiyələk
– təbii salis turşusu qaynağı olmaqla dəri üçün çox gərəkli təmizləmə
vasitəsidir. Çiyələk – əhəng skrabı dəridəki məsamələri təmizləməyə və
bir neçə gün içində dərinin işıqlanmasına kömək edən ideal pilinqdir.

İçindəkilər: 5 böyük və ya 10 kiçik çiyələk, yarım laym suyu, 1 çay qaşığı badam yağı, 4 xörək qaşığı duz.

Hazırlanması: Çiyələyi
blenderdən keçirdirik püre halına gələnə qədər. Laym suyu və badam yağı
əlavə edilir. Sonda isə duz əlavə edilib, qarışdırılır. Hava keçirməyən
qabda bir həftə saxlanılır.

İstifadə tezliyi: Gündə bir dəfə səhərlər istifadə olunur, 5-7 dəqiqə saxlanılır və daha sonra ovxalanır.



ÜZ VƏ BƏDƏN ÜÇÜN LİMONLU – BALLI PİLİNQ EDİCİ SKRAB

Məqsəd: Günəş yanığından sonra müalicəvi pilinq

Yayda
xoşagəlməz günəş yanığının nəticəsi olaraq üz və bədənimizə heç də
uyğun olmayan pilinqlər edirik. Dərimizdə ölü hüceyrələrdən azad olmaq
üçün evdə tez bir şəkildə limon və baldan müalicəvi skrab hazırlaya
bilərik.

İçindəkilər: yarım təzə limon, 125 qram şəkər, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal.

Hazırlanması: Limon
suyu ilə zeytun yağı qarışdırılır. Daha qatı məhlul almaq üçün reseptdə
göstəriləndən bir az daha zeytun yağı əlavə etmək olar. Balı əlavə edib
tez qarışdırmaq lazımdır. Sonda şəkəri əlavə edilib qarışdırılmalıdır.

İstifadə
tezliyi: Gündə 2 dəfə - səhər və axşam, 2-3 dəqiqə üzə dairəvi
hərəkətlərlə masaj edərək istifadə edilir. Sonra isə üz sərin su ilə
yaxalanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!