Zeytun yağından dəri üçün 5 effektli resept

Zeytun yağından dəri üçün 5 effektli resept
Saç və Dəri baxımı
10.09.2017 26
Zeytun
yağının "başdan ayağa” qədər min bir dərdə dərman olduğunu hamımız
bilirik. Gözəlliyimiz üçün isə əvəzolunmazdır. Zeytun yağı ilə düzələn 5
ən effektli resepti təqdim edirik. 



1. Zeytun yağı ilə dəri təmizliyi 

Gündəlik
üz təmizliyində azca isidilmiş zeytun yağından istifadə etmək olar. Bu
dərini yumşaldacaq, hamarlaşdıracaq, quru dərilər üçün isə xüsusilə
mükəmməldir. Zeytun yağı ilə üzü sildikdən 20 dəqiqə sonra onu üzdən
yumaq üçün ya çobanyastığı dəmləməsindən, ya da ki, ilıq sudan istifadə
etmək olar. 



2. Qarışıq dərinin dərmanı zeytun yağı

Qarışıq dəridəki problemləri aradan qaldırmaq üçün dəri gün ərzində bir neçə dəfə zeytun yağı ilə yağlanmalıdır. 



3. Bütün dəri növlərində zeytun yağının təsiri

Bu
şəfalı maskanı hazırlamaq üçün 1 x.q. keyfiyyətli zeytun yağının
üzərinə 1 böyük qaşıq giləmeyvə və ya meyvə əzməsini əlavə edib
qarışdırmaq lazımdır. Bundan sonra qarışımı üzə çəkib 15-20 dəqiqə
saxladıqdan sonra ilıq su ilə yumalısan. Quru dəri üçün faydalı olan
meyvə və giləmeyvələr: quşüzümü, qara qarağat, firəng üzümü, ərik,
qovun, xurma və banan. Bu meyvəli əzməni tərəvəz püresi ilə də əvəz
etmək olar. Bunun üçün uyğun tərəvəzlər: balqabaq, dolmalıq bibər,
kələm, kök, turp, xiyar və kartof.



4. Nəmləndirici və dəri yumşaltmaq üçün zeytun yağı ilə maska

Bir
böyük qaşıq yağlı kəsmiyin üzərinə bir böyük qaşıq keyfiyyətli zeytun
yağı əlavə edib qarşıdırıb üzünə çək. İyirmi dəqiqə üzündə saxla.
Maskanı üzdən ilıq su və pambıqla təmizləmək lazımdır. Dərinin
yaşlanmasının qarşısını almaq üçün bu maskanın üzərinə 1 ç.q. bal əlavə
etmək olar. 



5. Zeytun yağı ilə dərini qidalandır

Bir
böyük qaşıq düyü, yulaf və ya buğda ununu eyni ölçülü keyfiyyətli
zeytun yağı ilə qarışdırmaq lazımdır. Diş məcunu kimi hamar qarışımı üzə
çəkib 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyursan. Bu maskanı həftədə
2-3 dəfə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!