Bədən üçün faydalı 17 yağ növü

Bədən üçün faydalı 17 yağ növü
Saç və Dəri baxımı
10.09.2017 16
Bitki
yağlarının bədən üçün ən vacib faydası bədənin qorunma mexanizmasını
sürətləndirərək bütünlüklə onun sağlamlığına çalışmaqdır. Bədən üçün
təxminən 46 cürə yağ istifadə olunur. Gözəllik, qulluq zamanı istifadə
olunan bu yağlar yaşlanmağın qarşısını alır. Qara nöqtələr
və sızanaqlarla mübarizədə də faydalı təsirə malikdir. Tonik və
təmizləyicilərlə birlikdə üz qulluq rutininə əlavə oluna bilər. Bu
yağların 17 növünü sənə təqdim edirik: 



1. Günəbaxan yağı – dərini nəmləndirmə və qulluq etmək xüsusiyyətinə malikdir.

2. Avokado yağı – Tərkibində A, B, D, E vitaminləri var. Dərini nəmləndirir və canlandırır. Xüsusilə, quru və yaşlanmış dəri üçün mükəmməldir. 

3. Badam yağı –
Bütün dəri növləri üçün uyğundur. Dərini nəmləndirir, xüsusilə,
quru, həssas və zədələnmiş dərilərin yenilənib qidalanmasına köməkçi
olur.

4. Buğda yağı –
A, E və D vitaminləri ilə zəngindir. Çox miqdarda protein və
lisetin maddəsini özündə birləşdirir. Hüceyrələri yeniləyir, yara, yanıq
problemlərində , qırışıqların azalmasına kömək edir. Dəridəki günəş və
doğuşdan qalma ləkələri də aparır. E vitamininə görə güclü
antioksidandır. Buğda yağı dəridə sürətlə yayılır və dərini günəşin
zərərli təsirlərindən qoruyur. Hamiləlik zamanı yaranan çatların də
yox olmasına kömək edir. 

5. Bibəriyə yağı  - Mikroblardan da təmizləmə xüsusiyyəti var.

6. Qoz yağı –
Quru, zədələnmiş və yaşlı dərilər üçün məsləhətlidir. Göz ətrafındakı
qırışlar və dodaqların çatlamasının qarşısını almaq üçün faydalıdır. 

7. Gül yağı – Bütün dəri növləri üçün uyğundur. Təmizlik prosesində istifadə edilir.  Dərini rahatladır, yumşaldır. 

8. Kök yağı –
Bu yağ da bütün dəri növləri üçün istifadə edilə bilər. Xüsusilə, üz
təmizliyi üçün idealdır. Beta-karotin, A, B, C, D və E vitaminləri ilə
zəngindir. 

9. Çörəkotu yağı – Dərini qidalandırır, quru dərini balanslaşdırmağa kömək edir.

10. Jojoba yağı –
Göz makiyajı da daxil olmaqla üzdəki bütün makiyajı asanlıqla və
xəfifcə təmizləyir. Quru dərini nəmləndirməklə yanaşı, yağlı dəridəki
yağ balansını qaydasına salır. Dəriyə elastiklik qazandıraraq qarın və
ayaqlardakı çatlamanın qarşısını alır. Günəş qəbul etdikdən sonra
istifadə edilə bilər. Dərini yumşaldır, qırışları azaltmaq
üçün yaxşıdır. Sızanaqların da yox olmasına kömək edir. 

11. Çobanyastığı yağı – Həssas dəri üçün uyğundur. Yumşaldır və rahatladır. Sızanaqların müalicəsində istifadə edilir. 

12. Lavanda yağı – Həssas və ya yağlı dəri üçün məsləhətlidir. Bu yağ da sızanaqlara yaxşı təsir edir. 

13. Qaysı çəyirdəyi yağı –
Dərini sıxlaşdıraraq qırışıqların yox olmasına kömək edir.
Üz təmizliyində də istifadə olunur. Sızanaqları təmizləyir, dəriyə
canlılıq qatır. Nəmləndirici təsirə malikdir. Qaysı yağını dəriyə
çəkdikdən sonra günəşə çıxılmamalıdır, əks təsir göstərə bilər. 

14. Zeytun yağı –
Dəriyə və saçlara çox faydalıdır. Əzilmiş sarımsaq və zeytun yağı
qarışımı quruyan dəri üçün yumşaldıcı təsirə malikdir. Saçlara canlılıq
verir.  Bir neçə damcı limon-bal qarışımı ilə qırışların da qarşısını
alır. Hamar dəriyə sahib olmaq üçün qaya duzu ilə olan qarışımı qol və
ayaqlara çəkib ovmaq lazımdır. Limon ilə qarışılmış halı dərini qoruyur.
Üzdəki quruluğu azaltmaq üçün almanı əzib zeytun yağı ilə qarışdırıb 10
dəqiqə saxlayın. İlıq su ilə yumaq faydalıdır. 

15. Limon qabığı yağı –
Sızanaqları təmizləyir, dərini təmizləyir, tonik olaraq istifadə
olunur. Mikrobları məhv edir, sağlamlaşdırıcı təsirə malikdir və dərini
yağdan təmizləyir. 

16. Portağal yağı – Sellülitə qarşı istifadə edilir, sızanaqları qurudur.  

17. Susam yağı –
Tərkibindəki yüksək omega-9 və antioksidanlar səbəbi ilə,
dərinin yaşlanmasını əngəlləyir,  nəm bəxş edir. Göbələk infeksiyasının
və dəri problemlərinin qarşısını almaqda faydalıdır. Kalsium və vitamin
çatışmazlığı səbəbi ilə zədələnmiş dırnaqların bərpası üçün mükəmməldir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!