Müasir gəlinlər üçün saç düzümləri

Müasir gəlinlər üçün saç düzümləri
Saç və Dəri baxımı
10.09.2017 19
Hər
gəlin toy günü gözəl və valehedici olmaq istəyir. Zərif və düzgün
seçilmiş gəlinlik paltarı, ən əsası, səliqəli saç düzümü qüsursuz gəlin
obrazı yaratmağın ən birinci şərtidir.

 

Romantik
və yaddaqalan obraz yaratmaq üçün dizaynerlər saç aksessuarlarından
istifadə etməyi məsləhət görür. Onların gəlinlər üçün təqdim etdiyi saç
aksessuarları gözəlliyi ilə insanı heyran edir.

 

Saç sancaqları

Aksessuar
seçimi genişdir. Gəlinin saçını bəzəməyin ən sadə və əlverişli üsulu
gözəl saç sancaqlarıdır. Bu rahat və praktik aksessuar həm gəlinin saç
düzümünü möhkəm  saxlayacaq, həm də ona bəzək verəcək. Saç sancaqlarının
strazlar, gül-çiçək və mirvari ilə bəzədilmiş bir çox variantları var.
Lələkli sancaqlara da rast gəlinir. Bunların hər biri fərdi obraz
yaratmağa qadirdir: zərif, romantik, vintaj... Bir sözlə, sancaqlar
zərif gəlin obrazının ayrılmaz hissəsi olacaq!

 

Saç  lentləri

Atlaz,
tül və ipək  lentlər də gəlin saçı üçün gözəl bəzək sayılır. Bu ilin
yeni tendensiyasına muncuqlar, strazlar və s. dekorativ elementlərlə
işlənmiş saç lentləri daxildir. Gözlənilməz fakturalar və əlavə
elementlərlə bəzədilmiş lentlər kreativ gəlin obrazı yaratmaq istəyənlər
üçün əvəzolunmaz detaldır.



Dekorativ çələng və...

Çələng
və "abodok”lar da son dərəcə zərif, incə gəlin obrazı yaratmağa imkan
verən ən populyar aksessuarlardan biri sayılır. Bu cür aksessuarlar
xüsusilə qısa saçlı gəlinlərə istənilən obrazı yaratmağa yardım edəcək. 

 

Gəlin tacı

Gəlin
tacları zərif şahzadə obrazını yaratmaq üçün ideal seçimdir. Əgər siz
təmtəraqlı və möhtəşəm görünmək istəyirsinizsə, bu, uğurlu variantdır.
Lakin tac seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu aksessuar
gəlinin digər elementləri ilə ahəng təşkil etməlidir.  Bu səbəbdən,
klassik tacları daha incə və müasir variantlarla əvəzləyin.

 

Müəmmalı vual

Bu
aksessuar fransız və ya Qərb üslubunda gəlin obrazı yaratmaq istəyən
qızlar üçün ideal saç bəzəyi olacaq. Ümumiyyətlə, vual bu gün duvağı
əvəz edən unikal bəzək əşyasıdır. Bu romantik və sirli element ümumi
görünüşə xüsusi məlahət verir. Bu zaman zərif və aristokrat obraz
yaranır.

 

Tər güllər

Təzə
güllər gəlinin təbii gözəlliyini vurğulayacaq. Onlar sizin tərzinizə
zəriflik və romantika qataraq, təmtəraqlı obrazı yumşaldacaq. Bu bəzəyin
yeganə mənfi cəhəti tez solmasıdır. Odur ki, saç üçün gül seçərkən ən
dözümlü gül növlərinə üstünlük verin.

 

Fatalar

Bu
gün müasir gəlinlər duvaq yerinə saçın arxasında çalma kimi bağlanmış
fatalar seçirlər. Bu gözəl bəzək qısa və uzun saç düzümündə eyni
dərəcədə gözəl görünür. Onların köməyilə siz çox incə, zərif və romantik
obraz yarada bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!