Dəri ləkələrini yox edən qatıq və pomidor maskası

Dəri ləkələrini yox edən qatıq və pomidor maskası
Saç və Dəri baxımı
10.09.2017 43
Daha
ağdərililər dəbdə deyil. Buna baxmayaraq, bir çox brend "ağardıcı”
deyilən xüsusi vasitələr istehsal edir. Bu, sizi çaşdırmasın. 



Həmin
vasitələr ağartmır, sadəcə, dərinin rəngini bir ton açaraq daha parlaq
görünməsini təmin edir, ləkələri təmizləyir. Bu da daha gənc
görünməyinizə səbəb olur. 



Əgər
siz də günəş və hamiləlik ləkələrindən, həmçinin, sızanaq izlərindən
xilas olmaq istəyirsinizsə, həmin ağardıcı vasitələrdən istifadə
etməlisiniz. Ancaq bunun üçün bahalı brendlərə müraciət etməyinizə
ehtiyac yoxdur. Çünki evdə hazırlayacağınız maskalar da sizə kömək edə
bilər. 



Qatıq maskası 



1
xörək qaşığı yağsız qatığın üzərinə yarım çay qaşığı limon şirəsi əlavə
edib qarışdırın. Maskanı göz ətrafı istisna olmaqla bütün üz dərisinə
çəkin. Əgər boyun və sinə bölgəsində, həmçinin, qollarınızda və
çiyinlərinizdə də ləkələr varsa, bu maskanı həmin bölgələrə də çəkə
bilərsiniz. Maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə təmizləyin. 



Pomidor maskası 



1
ədəd kiçik pomidoru rəndələyib 1 xörək qaşığı yulaf əzməsi ilə
qarışdırın. Maskanı ləkələrin olduğu bölgəyə çəkib 15 dəqiqə gözləyin.
İlıq su ilə təmizləyin. Bu maskanı həftədə iki dəfə çəkməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!