Yerkökü sabunu ilə gözəlləşin

Yerkökü sabunu ilə gözəlləşin
Saç və Dəri baxımı
10.09.2017 17
Sabun
hər gün istifadə etdiyimiz gigiyenik məhsullardan biridir. Ancaq
satışda olan sabunların əksəriyyəti kimyəvi maddələrlə dolu olduğu üçün
həm sağlamlığa zərər verir, həm də dərinin pH balansını pozur. Belə
halla üzləşməmək üçün ən yaxşı çıxış yolu sabunu ev şəraitində
hazırlamaqdır.



Belə
sabun yaşlanma əlamətlərini aradan qaldırır, dərini nəmləndirir,
sızanaqları yox edir. Yerkökü və balın tərkibindəki vitaminlər dəri
hüceyrələrini yeniləməyə kömək edir. Dərinin təbii pH balansını qorumaq
üçün də təbii sabun ən yaxşı vasitədir.

 

Tərkibi:

300 ml kokos yağı

400 ml zeytun yağı

100 ml badam yağı

200 ml su (yerkökünü bişirmək üçün)

100 qram püre halına salınmış yerkökü

110 qram natrium hidroksid

Yarım xörək qaşığı təbii bal

10 damcı yerkökü toxumu yağı

 

Hazırlanması:

Əllərinizə
əlcək keçirin. Sabunu hazırlamaq üçün taxta qaba və qaşığa ehtiyacınız
olacaq. Bunları hazır etdikdən sonra yerkökünü yumşalana qədər qaynadın.
Suyunu süzün, ancaq atmayın. Yerkökünü əzib püre halına gələnə kimi
qarışdırın. Daha sonra yerkökü püresini ondan əldə etdiyiniz su ilə
təkrar qarışdırın. Natrium hidroksidi yerkökünə əlavə edib taxta qaşıqla
qarışdırın. 5 dəqiqə keçdikdən sonra yağları və balı da əlavə edin.
Qarışığı silikon qablara tökün. 2 gün qaranlıq yerdə saxlayın. Vaxt
tamam olanda sabundan istifadə edə bilərsinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!