Dəriyə mənfi təsir edən 8 pis vərdiş

Dəriyə mənfi təsir edən 8 pis vərdiş
Saç və Dəri baxımı
10.09.2017 10
Qeyri-sağlam
vərdişlər dəriyə edilən bütün faydalı gözəllik prosedurlarına mənfi
təsir edir. Bu mənfi təsirləri yox etmək, təmiz dəri üçün nələri qurban
verərik... Biz də, sizə gözəl, sağlam dəriyə sahib olmağınız üçün imtina
etməli olduğunuz 8 vərdişdən yazırıq. 



Sabun

Bəli,
sabun üzü tamamilə təmizləyir. Amma eyni zamanda da, dərini qurudur,
qıcıqlandırır, qoruyucu qatını zədələyir və təbii yağ balansına da mənfi
təsir göstərir. Ona görə də, tərkibində sərt sulfat olmayan süd və
köpük kimi vasitələrdən istifadə etməyiniz daha yaxşıdır. Hətta
bu vasitələrlə problemli dərini də təmiz, yumşaq etmək olur. Sabunu isə
əllərinizi yumaq üçün saxlayın.



Siqaret

Siqaret
çəkən birisənsə ondan imtina etmək üçün yəqin ki, bundan yaxşı səbəb
olmaz. Siqaret dəriyə necə təsir edir? Hər siqaret istifadəsindən sonra
dəridə qırışlar yaranır və dərinin rəngi tündləşir. Siqaret çəkilən dəri
10 ildən sonra 2.5 il daha yaşlı görünür. Eyni zamanda da, dodaqlar
nazikləşir, kənarları düşür və ağız ətrafı qırışlar üçün çanta rolunu
oynayır. 



Makiyajla yatmaq

Siz
yatdığınız zaman dərinin istiliyi üzünüzdə olan kremlərin, serumların
faydalı maddələrini özünə çəkir. İndi isə gün ərzində makiyajınızın
üzərinə yığılan tozlar, bakteriyaları və o makiyajla da yatmağınızı
düşünün. Nəticədə məsamələr tutulur və genişlənir, sızanaqlar
yaranır. Xüsusilə, 25 yaşdan sonra dəriyə daha çox diqqət göstərmək
lazımdır: bu yaşda kollajenlər azalır və məsamələr elastikliyini
itirməyə başlayır, ölçüsü daralır. 



Düzgün qidalanmamaq

Amerikalı
alimlərin fikrinə görə, yüksək qlisemik indeksli qidalar qan şəkərini
artırır və insulinin sintezini başladır. Bu isə öz növbəsində androjen
hormonlarının istehsalını stimullaşdırır, nəticədə də, təkcə qarın
hissədə deyil, həm də, sızanaqlarda da yağ ifrazını sürətləndirir.
Sadə karbohidratları mürəkkəblərilə əvəzləyin, rasionunuza zülal və
dənli bitkilər əlavə edin, 6 aydan sonra isə dərinizin rəngində və
formasında mükəmməl dəyişiklik görəcəksiniz.



Evdə buxarla təmizləmə

Əllərinizi
sızaqlardan çəkin! Səhv üz təmizləmə prosesində siz məsamələr
vasitəsilə dərinizə mikrobların daxil olmasına şərait yarada bilərsiniz.
Siz bunu kosmetoloji mərkəzdə etsəniz heç bir problem yaşamazsınız,
çünki orada bu prosesi həyata keçirtmək üçün xüsusi vasitələr olur. Əgər
evdə təmizləmə edirsinizsə salisil spirtindən istifadə edə bilərsiniz.
Spirti pambığa batırıb sızanaq olan hissəyə çəkin. Bu, gün ərzində
məsamələri daraltmağa kömək edəcək. 



Yuxu əskikliyi

Yuxu
əskikliyi sizi davamlı olaraq stressə salır, maddələr mübadiləsini və
immuniteti zəiflədir, baş ağrıyır və dəri də yorğun görünür. Yuxu
prosesi təbii bir hal olub, orqanizmin fəaliyyətini bərpa edir, gün
ərzində hüceyrələri toksinlərdən azad edir.



Dodaqları yalamaq

Ağızda
yetəri qədər nəm olmadıqda başlayırıq dodaqlarımızı yalamağa. Amma bu
vəziyyəti pisləşdirir: çünki bu tüpürcək qatı bir neçə dəqiqəyə
buxarlanır və dəri daha da həssalanır. Bunun qarşısını almaq üçün aloe
və şi yağından balzam hazırlayıb barmaq vasitəsilə dodaqlarınıza tətbiq
etməlisiniz. Çox çatlamış dodaqları isə yatmazdan əvvəl 1%-li
hidrokortizonla müalicə edə bilərsiniz. 



Düzgün qaralmamaq

Günəşin
zərərli şüalarından dəri özünü qorumaq üçün böyük bir əmək sərf edir və
kobudlaşır, nəticədə melanin həddindən artıq istehsal olunmağa
başlayır. Bu piqment dərinin vaxtından əvvəl yaşlanmasına gətirib
çıxardır. Bu hallarla rastlaşmamaq üçün həmişə təkrar etməliyik: evdən
günəşə qarşı losyon istifadə etmədən çıxmamalıyıq və onu hər saatdan bir
yeniləməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!