Evdə 4 təbii üz təmizləyicisi

Evdə 4 təbii üz təmizləyicisi
Saç və Dəri baxımı
10.09.2017 64
Hər
bir qadın az pul xərcləyərək gözəl olmağa çalışır. Buna görə də
Qadınlar.biz sənə kömək olmaq üçün evdə rahatlıqla edə biləcəyin 4 təbii
üz təmizləyici resept təqdim edir.



Quru və həssas dəri üçün çobanyastığı ilə təmizləmə südü

İçindəkilər

Qaymaq – ¼ stəkan

Süd – ¼ stəkan

Sarı çobanyastığı çiçəkləri (təzə və ya quru şəkildə) – 2 xörək qaşığı



Hazırlanması

Bütün
məhsulları 30 dəqiqə benmari üsulu ( su dolu qabı sobanın üzərinə
qoyub, digər bir qaba əlavə edilən məhsulları da su dolu qabın üzərinə
yerləşdirib, onun verdiyi istiliklə ya bişmə, ya da ki, ərimə üsuludur)
su əlavə edib bişir. Südü çalış ki, qaynatmayasan. Sobanı söndür və 2
saat soyumağını, özünə gəlməsini gözlə. Sonra isə şüşə bir qaba boşalt.
Soyuducuda saxla. İki həftə soyuducuda saxlaya bilərsən istifadə
etdikcə.



Yağlı dərilər üçün ayran və razyanalı təmizləmə südü

İçindəkilər

Ayran – ½ stəkan 

Təzə razyana toxumu – 2 xörək qaşığı



Hazırlanması

Ayran
və razyananı benmari üsulu ilə 30 dəqiqə bişirmək lazımdır. Sobadan
götürüb, qarışımı 2 saat özünə gəlməsi üçün gözləməlisən. Süzgəcdən
keçirt, soyumağa qoy və sonra şüşə qaba əlavə et. İstifadə etdiyin
müddətcə soyuducuda 2 həftə saxlaya bilərsən.



Razyana və kəklikotu ilə hazırlanan təmizləyici

İçindəkilər

Təzə kəklikotu – 2 saplaq

Razyana toxumu – 2 çay qaşığı

Su – ½ stəkan

Limon – ½ hissə



Hazırlanması

Suyu
qaynat. Su qaynayana qədər kiçik kəklikotu yarpaqlarını saplaqlarından
ayır. Qynamış suyun içərisinə kəklikotu və razyananı əlavə et. Sonra da
sıxılmış limon suyunu əlavə et və 20 dəqiqə dəmlə. Dəmləndikdən sonra
süzgəcdən keçirdib təmiz şüşə qaba boşalt. İstifadə edib bitirənə qədər
soyuducuda saxla.



Kivili üz təmizləmə südü

İçindəkilər

Soyulmuş kivi – 1 ədəd

Sadə qatıq – 2 xörək qaşığı

Badam yağı – 1 xörək qaşığı

Bal – 1 xörək qaşığı

Badam – 1 xörək qaşığı (xırda çəkilmiş)



Hazırlanması

Kivi
blenderdən keçirilir və püre halına gətirilir. Qatıq, badam yağı, bal
və çəkilmiş badamı əlavə et. Qatı və məcun kimi bir hala gələnə qədər
qarışdır. Digər üz təmizləyicilər kimi istifadə et. Dərini təmizlədikdən
sonra bol ilıq su ilə durula.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!