Dərini hamarlaşdıran maska

Dərini hamarlaşdıran maska
Saç və Dəri baxımı
10.09.2017 10
Yerkökü
gözlərin sağlamlığı üçün çox faydalıdır. Bundan başqa, ürək xəstəliyi
olanlar və damar sərtliyindən əziyyət çəkənlər də yerköküdən istifadə
etməyi unutmamalıdırlar. 



Həmçinin
qanazlığı zamanı da səhər, günorta və axşam olmaqla 1 çay stəkanı təzə
kök şirəsi içmək məsləhətdir. Mədə-bağırsaq qanaxmasının qarşısının
alınmasında, yorğunluğun aradan qaldırılmasında, eyni zamanda bədəndə
olan zəhərli maddələrin xaric edilməsində də yerkökü mühüm rola
malikdir. 



Yerkökü dərini hamarlaşdırır, sızanaq və ləkələrini aparır. 

Buna görə də yerkökündən hazırlanan maskalardan istifadə etmək daha məqsədəuyğundur. 

Yerkökü maskası 

1
yemək qaşığı balı, 2 yemək qaşığı yerkökü şirəsini, 1 desert qaşığı
zeytun yağını, 3 damcı limon şirəsini yaxşıca qarışdırıb, dərinizə
çəkin. 20 dəqiqə gözlədikdən sonra isə ilıq su ilə yuyun. Bu maskanı
həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Digər tərəfdən, dəridəki
ləkələri aparmaq üçün 2 ədəd yerkökünün və 1/2 ədəd limonun şirəsini
çıxararaq qarışdırmaq və bu mayeni üzünüzə vurduqdan yarım saat sonra
ilıq su ilə yumaq lazımdır. Bu maskanı gündə 3-4 dəfə pambıq vasitəsilə
ləkələrin üzərinə çəkə bilərsiniz. 



Qeyd: yerkökünü sürtgəcdən keçirməzdən əvvəl qabığını soyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!