Yağlı saçlara qulluq və düzgün şampun seçimi

Yağlı saçlara qulluq və düzgün şampun seçimi
Saç və Dəri baxımı
10.09.2017 12
Yağlı
saçlar digər saçlara nisbətən təmizlənmə və qulluq baxımından ən çətin
saçlardır. Yəqin ki, siz də yağlı saçlardan əziyyət çəkirsiniz. Buna
görə də, bu yazı məhz sizlikdir. Çünki yağlı saçlar haqqında düz
bildiyiniz səhvlər var. Bu yazı ilə siz saçlarınıza düzgün qulluq
etməyin yollarını və saçınıza uyğun şampunu seçə biləcəksiniz.



Tez-tez yağlanan saç və saç dərisinin iki səbəbi var:

– Hər bir saç telinin dibində olan yağ hüceyrələri həddən artıq yağ ifraz edir.

– Saç lazım olan müddətdə yuyulmur və saç dərisi yağdan, kirdən tam olaraq təmizlənmir.

Səbəb
nə olursa olsun yağlı saç dərisini nəzarətdə saxlamağın ən yaxşı və
asan yolu saçları günlük yumaq rutininə diqqət etməkdir. Amma bəzən
bizdə belə bir düşüncə olur ki, hər gün yuyulan saçlar tez yağlanır, yağ
hüceyrələri daha yaxşı qidalanır və çox yağ ifraz etməyə başlayır.
Əslində bu fikir səhvdir.



Saçları hər gün yumaq düzgündürmü?

Saçı
gündəlik yumaq yağ hüceyrələrinin daha çox ifraz olunmasına səbəb
olmaz. Əksinə saç yağlıdırsa onu hər gün yumaq baş dərisindən yağları
tamamilə təmizləyir və saç öz əvvəlki sağlamlığına qovuşur. Tez-tez
yuyulmayan yağlı dərilərdə qaşınma, həssaslıq çox olur. Bu isə
öz növbəsində sizin qarşınıza başqa problemlər çıxardır. Saç dərisində
olan yağların tərkibində xüsusi qidalandırıcı vasitələr yoxdur. Dəridə
olan yağ baş dərisinin sağlamlığını qorumaq və nəmi özündə saxlamaq
məqsədlidir. Saç yuyulduqdan sonra 3-7 saat ərzində saç dərsində yenidən
dəri sağlamlığı üçün lazım olan miqdarda yağ ifrazı baş verir.



Hansı şampunlardan istifadə etməlisiniz?

Yaş
və hormonlarınızın fəaliyyəti ilə bağlı olaraq yağlanmanın daha çox
olduğu zamanlar ola bilir. Misal üçün yeniyetməlik dövründə hormonların
təsirilə dəridə və saçlarda yağların miqdarı artır. Əslində yağlanmanın
qarşısını  alan şampun yoxdur. Amma yağları yaxşı
təmizləmə xüsusiyyətinə malik olan şampunlar var. Krem və həcm verən
xüsusiyyətə malik olan şampunlar yağlı saçlar üçün uyğun deyil. Şampun
seçərkən diqqət edin ki, pH dərəcəsi dərinizə uyğun olmalıdır. Bundan
əlavə, həftədə bir dəfə kəpəyə qarşı olan şampun istifadə edə
bilərsiniz. Çünki belə şampunlar da, yağlanmanın miqdarını azaldır. 



Yağ təmizləmə xüsusiyyəti yaxşı olan şampunlar sizin üçün doğru seçimdir. Yağlı saçlarınızla mübarizə aparmaq üçün sizə Kay Pro seriyasından
olan Balance şampununu məsləhət görürük. Yağlı dəri və saçlar üçün olan
bu şampun ağcaqayın, limnantes ekstraktı ilə saç dərisini
effektli təmizləyir, saç dərisinin yağlanmasını tənzimləyir, dərini
delikat büzərək və sakitləşdirərək balanslaşdırır. Şampundan istifadə
edərkən onu nəm saçlarınıza vuraraq saç diblərinə masaj vasitəsilə
yeritməlisiniz. Sonra isə çalışın saçlarınızı ilıq su ilə yuyun. Bu
şampundan yaxşı nəticə əldə etmək istəsəniz Kay Pro Balance-ın
yağlı saçlar üçün olan bütün məhsullarını etaplı şəkildə istifadə
etməlisiniz. Balance-ın yağlı saçlar üçün olan digər məhsulları ilə
tanış olmaq üçün KeproShop-a baş çəkə bilərsiniz.



Yağlı saçlara qulluq üçün 3 ipucu:

1.
Yağlı saçlar üçün ən yaxşı baxım alma sirkəsidir. Saçlarınızı yaxşı
yuduqdan sonra bir çay stəkanı qədər alma sirkəsini bir qabda su ilə
qarışdırın, saçlarınızı bu sirkəli su ilə yaxalayın. Nəticədə saçlarınız
daha parlaq və az yağlanan olacaq.

2.
İkinci yaxşı təsirli məsləhət isə limonla saçları yaxalamaqdır. Bunun
üçün bir ədəd limonun sürtgəcdən keçirilmiş qabığı və bir çay qaşığı
incə doğranmış cökə ağacının yarpaqları (ihlamur) yarım litr suda 10
dəqiqə qaynadılır. Dəm aldıqdan sonra süzülür. 8 limon suyu ilə birlikdə
hamısı bir şüşə qaba əlavə edilir, çalxalanır, 2 gün saxlanılır. Saçlar
yuyulduqdan sonra 1 lirt suya şüşədə olan məhlulun 1/8 hissəsi əlavə
edilir və saçlar bu qarışımla yaxalanır.

3.
Saç dərinizi zədələyəcək hər bir şeydən qaçın. Saçlarınızda feni az
istifadə edin. Ən yaxşısı qoyun özü-özünə qurusun. Sadəcə ilıq su ilə
yuyun və çox daramayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!