Dieta saxlamaq saçınızı tökür

Dieta saxlamaq saçınızı tökür
Saç və Dəri baxımı
10.09.2017 6
Qadının
gur, parlaq saçları onun gözəlliyinə əlavə gözəllik qatdığı kimi
kişinin də bu özəlliklərə sahib olması onun qadının gözündəki
cazibədarlığını artırır. Lakin, təəssüflər olsun ki, müəyyən yaşdan
sonra kişilərin əksəriyyəti saçlarının əvvəlki kimi gur olmadığından,
get-gedə seyrəlməyindən şikayətlənirlər. Lakin artıq bunun da çarəsi
tapılıb. Hər cür xəstəliyə qarşı dərman tapmağa çalışan tibb
mütəxəssisləri bu problemin də həll yolunu tapıblar.



Bəs saç tökülməsinin səbəbi nədir?

Bu
sual yəqin ki, sizin üçün də maraqlıdır. Mütəxəssislərin sözlərinə
görə, saç tökülməsi 90% genetik yolla keçən xəstəlikdir. Tibb
mütəxəssisi Özdən Kasımoğlunun fikrincə, bəziləri saç kremlərinin, çox
papaq taxmağın saç tökülməsinə səbəb olduğunu söyləyirlər. Amma bunlar
reallıqdan uzaq fikirlərdir. Saç tökülməsinin əsas səbəblərindən biri də
saç köklərinin kimyəvi reaksiyalar zamanı bədənimizdə meydana gələn DHT
hormonuna qarşı həssaslığıdır. Yəni, sizdə bu hormonun faiz dərəcəsi nə
qədər yüksək olarsa, saçınızın tökülmə riski də bir o qədər çox olar.



Saç tökülməsinə qarşı vasitələr bu məsələdə bizə necə kömək edə bilər?

Mütəxəssislərin
fikrincə, bu zaman istifadə edilən saç tökülməsinə qarşı vasitələr DHT
hormonun çoxalmasının qarşısını alır. Bu isə öz növbəsində saçın
çoxalmasına, saç köklərinin inkişafına səbəb olur. Ancaq bu zaman diqqət
etməli olduğumuz bir məsələ də var. Bilməliyik ki, saç tökülməyə
başladıqdan 3-5 il sonra saç kökləri ölməyə başlayır. Aydın məsələdir
ki, dərmanların ölmüş saç kökləri üzərində hər hansısa effekti ola
bilməz. Buna görə də həkiminizin məsləhət gördüyü saç tökülməsinə qarşı
vasitələrdən nə qədər tez istifadə etməyə başlasanız, o qədər uğurlu
nəticə əldə edərsiniz.



Saç tökülməsinin digər bir səbəbi- Dieta

Saç
köklərinin inkişafı bizim qəbul etdiyimiz qidalardan, vitaminlərdən çox
aslıdır. Buna görə də əgər siz ağır dietaya başlamısınızsa, yəni, saçın
inkişafı üçün lazım olan vitaminlər qəbul etmirsinizsə, bu get-gedə
saçınızın tökülməsinə səbəb ola bilər. Buna görə də çalışın ki, hər
hansısa bir dietaya başlamazdan öncə həkiminizlə bunun əks təsirləri
barəsində də müzakirələr aparasınız.

Bu
qədər sadə, əziz kişilər. Artıq qadınınızı heyran edən gur saçlara
sahib olmaq sizin əlinizdədir. Məsləhətlərimizə əməl edin, tezliklə bu
problemdən qurtulun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!