Ayaq şişkinliyini aradan qaldıran ən güclü vasitə

Ayaq şişkinliyini aradan qaldıran ən güclü vasitə
Saç və Dəri baxımı
10.09.2017 3
Toxumalarda
mayenin lazım olduğundan artıq yığılması ödəmlərə səbəb olur. Yığılmış
mayenin həcmi 5 litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü
hiss etdirir. Ödəmə ən çox ayaqlarda rast gəlinir.



Bütün günü ayaq üstə işləməyə məcbur qalanların ayaqları günün sonuna
yaxın azacıq şişir. Belə adi fizioloji hallara görə narahat olmağa
dəyməz. Biz ayaq üstə çox dayananda ayaq kapilyarlarındakı təzyiq artır,
buna görə də sağlam adamların ayaqları yüngülcə şişir. Divana əyləşib
ayaqları bir qədər yuxarı qaldırıb dincəlsəniz, bu hal tez keçib
gedəcək. Lakin bu o demək deyil ki, problemə qeyri-ciddi yanaşmaq
lazımdır. Əgər şişlər çəkilmirsə, dərhal həkimə müraciət edin.



Şişləri aradan qaldırmağın bir çox üsulları var. Onlardan ən təsirlisi
orqanizmi toksinlərdən təmizləyən cəfəri suyudur. Şişkinliyin aradan
qaldırılması üçün təzə göyərti lazım olacaq. Cəfərini diqqətlə yuyun və
sonra blendrdən keçirin. Kütləni termosa töküb, üstünə 500 ml qaynar su
tökün. İçki bir gecə qalmalıdır. Səhər onu süzgəcdən keçirin və için. Bu
miqdarda maye 1 gün üçün nəzərdə tutulub.



Cəfəri dəmləməsini 2 gün ardıcıl olaraq için, 3 gün fasilə verin, sonra
isə 2 gün yenidən için. Növbəti həftə ayaqdakı ödəmlər tamamilə
çəkiləcək və siz sevimli ayaqqabılarınızı rahatlıqla geyinə
biləcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!