Sızanaqlar üçün maskalar

Sızanaqlar üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 16
Sızanaq problemi gənc yaşlı hər kəsin ortaq problemlərindən
biri olur. Sızanaqları evinizdə hazırlayacağınız sadə formullarla
müalicə etmək istəyirsinizsə sizə sadə sızanaq müalicə üsullarını təqdim
edəcəyik.

 

- Qazanı yarısına qədər su ilə doldurun və ocağa qoyun. O buxar
yaradana qədər sizdə bu arada üzünüzü yuyun və dəsmalınızı yanınıza
qoyun. Buxarlanmaya başlayan suya başınızın üstünə dəsmalı qoyaraq əyin
və 10 dəqiqə gözləyin. Bunun müntəzəm edilməsi dərinizin sıxlaşmasına və
sızanaq əmələ gətirən mühitin zamanla yox olmasına yarayacaq.

 

- 1 qaşıq limon suyuna, 1 qaşıq darçın qarışdırın və sızanaqlara sürün. Quruduqdan sonra yuyun.

 

- Portağal qabığını rəndələyin və həvəngdə əzərək krem halına gətirin, sızanaqlara sürün. Bir müddət sonra yuyun.

 

- Bir diş sarımsağı ikiyə kəsin və iç hissəsini tam sızanağın
üzərinə sürtün. Bunun davamlı edilməsi probleminizi aradan
qaldıracaqdır.

 

- Bərabər miqdarda limon suyu və gül suyunu qarışdırın və
problemli bölgəyə sürtün. Yarım saat sonra ilıq su ilə yuyun. Bunun
tez-tez edilməsinin nəticələri də mükəmməldir.

 

- Yetişmiş pomidoru püre halına gətirib sızanaqlı sahəyə sürün və
1 saat sonra yuyun. Beləliklə, dəliklər kiçiləcək və sızanaq əmələ
gəlməsini qarşısını almış olacaqsınız.

 

- 1 qaşıq sirkəyə, sıyıq düzəldəbiləcəyiniz  miqdarda duz əlavə
edin və sızanağın üzərinə sürün. Yarım saat sonra ilıq su ilə yuyun.

 

- Bir xiyar alın və rəndələyərək püre halına gətirin. Suyunu
sıxdıqdan sonra dərinizə tətbiq edin, bu şəkildə dəliklər balacalaşacaq
və dəriniz parıltılı bir görünüş alacaq.



Not: Sızanağın təmiz havaya, yoda, misə ehtiyacı var. E Vitamini
alın siqaret və içkidən, fındıq, tum kimi yeməklərdən uzaq durun. Bol
bol su üçünскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!