Buruq saçlara xüsusi qulluq

Buruq saçlara xüsusi qulluq
Saç və Dəri baxımı
10.09.2017 13
Düz
saçlı xanımlar adətən buruq, buruq saçlılar isə düz saçlara sahib olmaq
üçün əllərindən gələn hər şeyi edirlər. Buruq saçlar qadına xüsusi bir
görüntü bəxş etdiyi halda yenə də, onlar saçlarından şikayətçi olurlar.
Daha çox bu cür saçlara qulluq etmək onları yorur. Bəzilərimiz düşünürük
ki, buruq saçlara qulluq daha asandır. Əslində isə bu düşüncə səhvdir.
Çünki buruq saçlara qulluq çox çətindir, xüsusi diqqət tələb edir.
Çoxları buruq saçlara qulluq etmək əvəzinə onları düzləşdirməyə üstünlük
verirlər. Bu isə saçlara həddindən artıq zərər verir. Buruq
saçlı xanımlar üçün bu dəfə saçlara xüsusi qulluq, düzgün şampunu seçmək
və təbii maskalardan yazdıq.



Buruq
saçlar digər saçlardan fərqli olaraq nazik, qırılan və inadkar olur. Və
daha çox qurumağa meyillidir. Buna görə də, saçlarınızı yuyarkən mütləq
şəkildə şampundan sonra saça qulluq kremi, kondisionerdən istifadə
etməlisiniz. Həm də, saçlarınızı qurulayarkən dəsmalla bərk deyil, yavaş
hərəkət etmək lazımdır. Saçlarınızı çalışın fenlə deyil, təbii yolla
qurudun. Siz üsyankar saçlarınızı ram etmək üçün peşəkar qulluqla
"nənə”lərinizin reseptlərini birləşdirməlisiniz.



Buruq saçlarınız üçün düzgün şampun və kondisioner seçimi

Buruq
saçlar üçün şampun seçərkən onun quru, yağlı və ya normal buruq saçlar
üçün olduğuna diqqət göstərin. Daha sonra baş dərisini qidalandıran,
saçları nəmləndirən yağlara (jojoba, badam, şi) üstünlük verin. Xüsusi
bitki tərkibli şampunlar da yaxşı vasitədir. Əgər yağlı buruq saçlara
sahibsinizsə onların tərkibindəki vasitələr yağ hüceyrələrini
balanslaşdıracaq. Şampundan sonra mütləq krem və kondisioner istifadə
olunmalıdır. Çünki bu iki məhsul saç tellərini yumşaldır,
elektriklənməsinin qarşısını alır, qırılmış ucları bərpa edir,
qidalandırır və nəmləndirir.



Buruq saçlarınızı ram edəcək təbii maskalar

Təbii
ki, Curl proqramı sizin əvvəlki, təbii və canlı buruqlarınızı bərpa
edəcək. Amma siz evdə hazırlanan maskalarınızı da bu proqramla
birləşdirib yaxşı nəticə əldə edə bilərsiniz.



Banan maskası

Bir
bananı blenderdə əzərək püre halına gətirin. Sonra üzərinə 1 x.q.
zeytun yağı və 3 x.q. xama əlavə edib yaxşıca qarışdırın. Bu məhlulu
saçlarınıza çəkin, 20 dəqiqə isti bağlayıb saxlayın. Sonra isti su və
şampunla yuyun. Nəticədə saçlarınız itaətkar və elastik olacaq.



Avokado maskası

50
qram badam və 50 qram zeytun yağını götürün, üzərinə püre halına
salınmış avokadonu əlavə edib qarışdırın. Saçlarınızın hər tərəfinə
yaxşıca çəkin, isti bağlayın. 30 dəqiqədən sonra isti su və şampunla
yuyun. 



Şokolad maskası

Bu
maska sadəcə saçlarınızı qidalandırıb və canlandırmayacaq, həm də, onun
əhvalını, enerjisini də bərpa edəcək. 1 x.q. jojoba, 1 x.q. kakao və 1
ç.q. konyak götürün, yaxşıca qarışdırın. Saçlarınıza çəkin və politelin
torba ilə saçlarınızı bağlayın. 15 dəqiqə saxlayın və isti su ilə yuyun.



Kök maskası

1
stəkan kök şirəsinə 2 x.q. limon suyu, 1 stəkan da nanə suyu (quru
nanənin dəmlənmişi də ola bilər) əlavə edin. Maskanı təmiz saça tətbiq
edin, 20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!