Dərinin dərin təmizlənməsi

Dərinin dərin təmizlənməsi
Saç və Dəri baxımı
10.09.2017 6
Dərinin
dərin təmizlənməsi – bir neçə etaplı prosesdir. Dərin təmizlənmə
müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata
keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha
tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz
duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar.
Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə
olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif
çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Dərinin
buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli
qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin
normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir.
Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq
lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq
lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki
damarların xroniki genişlən-məsi zamanı dərinin buğa verilməsi məsləhət
görülmür. Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa
verilməsindən tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda
dəri özünün təbii elastikliyini itirməyə başlayır, həmçinin damarlar
daha pis daraldığı üçün üz dərisinin qızarması baş verə bilər.



Dərinin
buğa verilməsindən əvvəl, onu kosmetik südlə əsaslı şəkildə makiyajdan
və çirklənmələrdən təmizləmək lazımdır. Yağlı dərini lasyonla silmək
olar. Göz qapaqları dərisinə krem sürtmək lazımdır. Əgər dəri qurudursa,
bütün üz dərisinə nazik qatla yağlı krem sürtün.



Sonra
termosda 2 litr qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya
adaçayı çiçəkləri (quru dəridə daha çox nanə (yarpız) və ya cökə
ağacının çiçəyi məsləhət görülür) dəmləyin və bir neçə dəqiqədən sonra
dəmləməni geniş ləyənçəyə tökün. Daha sonra ləyənçənin üstündə əyilərək
başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu vəziyyətdə oturun. Quru
dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3 dəqiqə, qarışıq
tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi olanlarda 10
dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru
salfet ilə yüngülcə qurulayın.

Əgər
hər hansı bir səbəblərə görə dərinizin buğa verilməsi sizə əks
göstərişdirsə, bu halda ilıq kompreslərdən (38-42° C) istifadə edə
bilərsiniz. İlıq kompres ilkin olaraq təmizlənmiş dəriyə 4-5 dəqiqə
ərzində olmaqla qoyulur.

Dərinin
buğa verilməsi və ya ilıq kompres qoyulması proseduradan (və ya duş,
vanna qəbul etdikdən) sonra dərinin pilinqi və ya skrabla təmizlənməsi
prosedurası aparılır.



Skrablardan
istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi
olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün
səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş
hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri
kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun
üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər
iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.

Əlbəttə
ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə
ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin
onlardan tam təmizlən-məsi üçün kifayət etmir.



Dərinin
skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra
dəridə maddələr mübadiləsi bərpa edilir, dəri daha çox miqdarda oksigen
alır, daha yumşaq və hamar olur. Nəzərə almaq lazımdır ki, skrablardan
çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa
başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma
qabiliyyətinin zəifləməsi baş verir.



Əksər
kosmetoloqlar hesab edirlər ki, quru dərisi olanlar skrablardan 2-3
həftədən bir, yağlı dərisi olanlar isə həftədə bir dəfə olmaqla istifadə
etməlidirlər. Əlbəttə ki, hər şey insanların fərdi xüsusiyyətlərindən,
həyat tərzindən, iş şəraitindən, ilin fəslindən və digər faktorlardan
asılı olur. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün
həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə
etmək olar. Yadda saxlamaq lazımdır ki, yağlı dəri üçün nəzərdə tutulan
skrab yalnız bu tip dəridə effekt verərək, quru dəridə isə qıcıqlanmaya
səbəb ola bilər! Həssas və çox quru və nəmliyini xeyli dərəcədə itirmiş
üz dərisi üçün üzərində xüsusi qeyd olan vasitələrdən istifadə etmək
məsləhət görülür. Skrabın əsas tərkibi xırdalanmış ərik tumlarından və
ya döyülmüş qoz qabıqlarından ibarətdirsə, belə skrab yağlı dəri üçün
istifadə edilə bildiyi halda, quru dərilərdə istifadə edilə bilməz. Quru
dəri üçün isə tərkibində plastik kürəciklər, dəniz duzları olan
skrablar uyğun gəlir. Dəri məsamələri geniş olan yağlı dəri üçün,
tərkibinin əsasını kosmetik gil təşkil edən skrabları seçmək tövsiyə
olunur. Belə ki, bu skrabların tərkibində olan gil dəridəki məsamələri
daralt-maq, dərinin yağlılığını və parıltısını azaltmaq xüsusiyyətinə
malikdir.



Sızanaqları,
kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri
xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir – əks halda
dəridəki həmin problemlər ağırlaşa bilər!



Heç
bir halda bədən üçün nəzərdə tutulan skrablardan üzün dərisində
istifadə etmək olmaz! Əks halda üz dərisinin zədələnməsi və qıcıqlanması
baş verə bilər.

Sonradan
evdən bayıra çıxmamaq şərti ilə, skrablardan axşam saatlarında duş
qəbul etdikdən, dərini buğa verdikdən və ya dəriyə ilıq kompres
qoyduqdan sonra istifadə etmək daha düzgün hesab olunur. Skrabı nəm və
təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı
dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə
yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta
barmaqlarının yumşaq ucları ilə masaj xətləri üzrə sürtülür. Heç bir
halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra
dəriyə qidalandırıcı krem və ya maska sürtmək lazımdır. Skrablanmadan
sonra dəri bu vasitələri çox yaxşı mənimsəyir.

Skrabları həm mağazalardan əldə etmək, həm də ev şəraitində hazırlamaq olar:

Bir
çay qaşığı narın duzu 1 çay qaşığı qida sodası ilə qarışdırın. Onu nəm
əlin-izlə götürərək, üzünüzün yaş dərisinə sürtməklə bir neçə dəqiqə
ərzində masaj edin. Sonra üzünüzü ilıq su ilə yuyun.

Təzə
xiyarın qabığını soyaraq xırda-xırda doğradıqdan sonra onu sıxmaqla
şirəsini ayırın. Sonra 1 xörək qaşığı yulaf yarması ("herkules”) ununu 1
çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan qarışığı krem
şəkilli forma alana qədər xiyar suyu ilə qarışdırın. Daha sonra üzərinə
bir neçə damla qızıl gülün efir yağını əlavə edin. Alınan bu skrabı 1-2
dəqiqə ərzində üz dərinizə sürtün və 10 dəqiqə ərzində üzünüzdə saxlayıb
yuyun. Bu skrab tərkibi quru dəri üçün nəzərdə tutulub.

Qəhvə
üyüdən maşında ayrı-ayrılıqda olmaqla düyü və qəhvə dənələri üyüdün.
Alınan düyü ununu və üyüdülmüş qəhvəni, hərəsindən 1 çay qaşığı olmaqla,
qarışdırın. Sizin üz dəriniz yağlı və ya qarışıq dəri tipinə aiddirsə,
alınan qarışığı 2 xörək qaşığı kefir və ya yoqurtla durulaşdırın. Normal
və quru dərisi olanlarda isə alı-nan düyü və qəhvə qarışığını süd və ya
1 xörək qaşığı xama ilə durulaşdırmaq lazımdır. Sonda alınmış tərkibi
skrab şəklində üz dərinizə sürtərək 5-7 dəqiqə ərzində üzünüzdə saxlayın
və sonra yuyun.

Bir
neçə üzüm meyvəsini qəhvə üyüdən maşında üyüdülmüş üzüm tumları ilə
qarışdıraraq alınan tərkibi skrab şəklində üzün dərisinə sürtün və 10
dəqiqə üzünüzdə saxladıqdan sonra onu ilıq su ilə yuyun. Bu skrab nəinki
təmizləyici, həmçinin cavanlaşdırıcı effekt də göstərir.

İstənilən
dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan
istifadə etmək olar. Onların skrabın tərkibindəki nisbəti isə dəri
tipindən asılı olaraq dəy-işmiş olur. Bu skrab dərini cilalayaraq onu
elastik (möhkəm) və sağlam edir. Duz və ya şəkər tozunu kosmetik südlə,
xama, qaymaq, yağ və ya bal ilə qarışdırmaq olar. Duz-bal qarışıqlı
skrablar həm üz, həm də bədən dərisi üçün (duş qəbul edərkən) daha
xeyirli hesab edilir. Həssas dəri üçün duz və şəkərtozu qarışığından
hazırlanmış skrablardan istifadə edilməsi məsləhət görülmür. Onların
təsirindən dəridə qıcıqlanma yarana bilər.

Qəhvə
üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən
qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri
yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş
olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək
olar.

Qəhvə
üyüdən maşında qurudulmuş limon (portağal, qreypfrut, mandarin və ya
onların qarışığından da istifadə etmək olar) qabığını üyütdükdən sonra
ondan 1 çimdik götürərək, onu əlinizdə azca isladın və üz dərinizə
yüngül şəkildə sürtün.

Giləmeyvələrdən
hazırlanmış skrablardan, həssas dəridən savayı, istənilən dəri
tiplərində istifadə etmək olar. Kiçik tumları olan (çiyələk, moruq)
istənilən giləmeyvələri həmcins tərkib alınana qədər əzərək yüngül masaj
hərəkətləri ilə bir neçə dəqiqə ərzində dəriyə sürtmək, daha sonra isə
üz dərisini yumaq məsləhət görülür. Meyvələrin tərkibində olan üzvü
turşular dərini nəmləndirir, meyvə şirəsi isə dərini vitaminlərlə təmin
edir. Dərinin skrabla təmizlənməsindən sonra dərinizdə
yandırma-qıcıqlanma hiss etmiş olsanız və ya dərinizdə əmələ gələn
qızartı bir neçə dəqiqədən artıq müddət ərzində qalmış olarsa, sonralar
həmin tərkibli skrabdan təkrarən istifadə etməmək məsləhət görülür!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!